Snapchat-dan 16 adama qədər görüntülü görüşməyə icazə verən YENİ XÜSUSİYYƏT

Snapchat-dan 16 adama qədər görüntülü görüşməyə icazə verən YENİ XÜSUSİYYƏT

İnstagram-a gələn Hekayələr xüsusiyyətindən sonra istifadəçilərinin böyük bir hissəsini Facebook-a verən Snapchat, Cambridge Analytica skandalından sonra Facebook-a arxa çevirən istifadəçiləri öz tərəfinə çəkmək üçün tətbiqə yeni bir xüsusiyyət əlavə edib.

Teach.az xəbər verir ki, artıq Snapchat istifadəçiləri, 16 adama qədər toplu görüntülü danışma reallaşdıra biləcəklər. İstifadəçilər, görünüşlü görüşmə əsnasında Snapchat effektlərini istifadə edə və kamerası uyğun olmayan şəxslər yalnız səs ilə görüşməyə qatıla biləcəklər. Üstəlik bütün istifadəçilər tək bir ekrana yerləşə bilir.



Daha geniş qrupların da konfrans görüş reallaşdırmaq istəyəcəyini düşünən Snapchat, ayrıca 32 adama qədər səsli konfrans görüş imkanı tanıyır. Hər iki konfrans görüş xüsusiyyəti də Facebookun başından bəlanın əksilmədiyi bu dövrdə Snapchat-ın istifadəçi sayının artırması üçün qızıl fürsət ola bilər.

Fira