İnstagram, şok bir qərarla Apple Watch dəstəyini sonlandırdı

İnstagram, şok bir qərarla Apple Watch dəstəyini sonlandırdı

Bildiyiniz kimi daha əvvəldən texnologiya nəhənglərinə aid olan eBay, Amazon, Google Maps kimi tətbiqlər, Apple-ın ağıllı saatı Apple Watch-a verdikləri dəstəyi sonlandırıblar.

Teach.az xəbər verir ki, indi də Facebookun vizual məzmun paylaşım platforması olan Instagram, ağıllı saat sektorunun lideri olan Apple Watch-dan çəkilib.



Apple, qısa müddət əvvəl tətbiq yaradıcılardan tətbiqlərini iPhone ilə uyğun işlətmək yerinə Apple Watch üçün yerli bir tətbiq inkişaf etdirmələrini istəyib. Lakin bu istək tətbiq inkişaf etdiricilər üçün əlavə yük mənasını verib. Həm də bir neçə millimetrlik bir ekran üçün. Instagram-ın Apple Watch kimi kiçik ekrana sahib bir cihaz üçün niyə dəstək verdiyi onsuz da çox başa düşülmürdü. Lakin Apple, Instagram-ı Apple Watch-da olmasını anlamlandırmaqla qalmayıb, bir də Apple Watch-a xüsusi bir tətbiq inkişaf etdirməsini istəyib. Bu 'qəribə' istək, Instagram-ı Apple Watch dəstəyini sonlandırması ilə son tapıb.

Fira