WhatsApp-da istədiyiniz adamı anlıq olaraq izləyib hesabat verən tətbiq!

WhatsApp-da istədiyiniz adamı anlıq olaraq izləyib hesabat verən tətbiq!

Chatwatch adlı tətbiq sayəsində danışdığınız adamın bütün WhatsApp fəaliyyətlərini izləyərək nə zaman yatıb, nə vaxt oyandığına qədər öyrənə bilərsiniz.
Dünyanın ən məşhur mesajlaşma proqramı WhatsApp, mesajlaşılan adamın mesajı oxuyub oxumadığını görmə, WhatsApp-ı ən son ziyarət etdiyi tarixi görmə, online olub olmadığını görmək kimi bəzi məlumatları onsuz da təmin etməkdədir. Lakin, bu məlumatı paylaşmaq istəməyən istifadəçilər istədikləri zaman bu xüsusiyyətləri söndürə bilər.

Lakin Chatwatch adındakı iOS tətbiqi, danışdığı adamın WhatsApp fəaliyyətlərini izləmək istəyənlər üçün çox daha ətraflı casusluq hesabatları hazırlaya bilir. WhatsApp'ın online / offline xüsusiyyətini istifadə edən tətbiq, istifadəçilərin təyin etdiyi iki adamın WhatsApp fəaliyyətlərini davamlı olaraq izləyir.



Tətbiq, təyin olunan şəxslərin hansı müddətdə WhatsApp istifadə etdiyini hesabat etməsi ilə yanaş yuxu vaxtlarını belə təxmin edə bilir. Bundan əlavə, təyin olunan iki adamın fəaliyyətlərini analiz edən tətbiqin, bu kəslərin bir-birləri ilə söhbət edib etmədikləri barədə də praqnozları vardır.
2 dollarlıq bir ödəniş qarşılığında yükləyə biləcəyiniz Chatwatch , hələ yalnız iOS platformasında var. Bu proqram populyarlaşsa, Android platformasına da gələ biləcək. İnsanların müəyyən bir proqramdakı hər hərəkətini izləyən bir tətbiq etik ola bilərmi? Bunun cavabını da siz dəyərli izləyicilərimizə buraxırıq.


sh