YouTube musiqi dinləyənlərin canını sıxacaq

YouTube musiqi dinləyənlərin canını sıxacaq

YouTube eynilə Spotify və Apple Music kimi yeni bir musiqi xidməti üzərində çalışır. Bu iki nəhəng ilə rəqabət edə bilməsi üçün, Youtube Music xidmətində ola bildiyincə aqressiv bir davranış sərgiləyəcək kimi görünür.

Teach.az xəbər verir ki, Lyor Cohen etdiyi bir reportajda, YouTube-u bir musiqi dinləmə xidməti olaraq istifadə edənlərin sinirini pozacaqlarını açıqlayıb. YouTube-u reklamlara maneə törədərək eynilə bir musiqi xidməti olaraq istifadə edən istifadəçilərdən şikayətçi olan Cohen, musiqi dinləyənləri yeni tətbiqinin reklamlarıyla, yeni xidmətinə istiqamətləndirməyə çalışacaq. Musiqi aralarında, sonrakı hissəyə keçərkən, davamlı olaraq reklama məruz qalacağıq kimi görünür.



Burada YouTube-un istifadə etdiyi üsul çox sinirləndirici olsa da əslində xeyli tanışdır. Spotify da pulsuz istifadəçilərə reklam səviyyəsini yüksək tutaraq onları bezdirir və platformaya ödənişli üzvlük məlumat almalarını təmin edir. İstər ödənişli xidmətdə, istərsə də YouTube üzərində musiqi dinlərkən bol bol reklam görəcəyik.

Fira