Faydalı məlumatlar əldə edə biləcəyiniz 15 internet saytı!

Faydalı məlumatlar əldə edə biləcəyiniz 15 internet saytı!

İçərisində faydalı proqram və məlumatlar saxlayan 15 internet saytını sizlər üçün siyahıya aldıq.
İnternetdə gəzişərkən bəzən saatın necə keçdiyini belə anlaya bilmirik. Bəzi vaxtlar isə internetdə edəcək bir şey tapa bilmirik və olduqca sıxılırıq. Bu səbəblə elə bu zamanlarda sizi məşğul edəcək saytları sizlər üçün sıralamağa çalışdıq.

Xəbərimizdə iştirak edən saytlardan bəzilərindən faydalanaraq virusdan qorunma, fotoşəkil tənzimləmə və fayl yükləmək kimi ehtiyaclarınızı qarşılaya bilərsiniz.Bundan əlavə digər saytlardan faydalanaraq xoş zaman keçirə və dünya görüşünüzü artıra bilərsiniz.


~ http://demos.algorithmia.com/colorize-photos/

Bu saytdan istifadə edərək şəkillərinizi rəngləndirə bilərsiniz.

~ http://livefootballvideo.com/
Bu saytda futbol komandalarının 90 dəqiqəlik oyunlarını izləyə və istədiyiniz zaman kompüterinizə yükləyə bilərsiniz.

~https://virtualpiano.net/
Bu saytdakı piano tətbiqiylə əyləncəli zaman keçirə bilərsiniz.


~ https://web-capture.net/
Bu sayt sayəsində ekranda sığmayan uzun web səhifələrinin ekran görüntüləri əldə edə bilərsiniz.

~ http://geacron.com/home-en/
Ev tapşırığında və tədqiqatınızda istifadə etmək üçün bu saytın dünya xəritəsindən istifadə edə bilərsiniz. Sayt içərisində seçdiyiniz ilə aid dünya xəritəsi avtomatik olaraq göstərilir.

~ http://www.tony-b.org/
Boş vaxtlarınıza özünüzü bir dj kimi hiss etmənizə səbəb olacaq, musiqi edə biləcəyiniz web saytı.

~ http://mp3fiber.com/
Youtube linkini bu sayta kopyalayaraq videolardaki səsləri mp3 olaraq yükləyə bilərsiniz.

~ https://unfurlr.com/
Viruslardan qorunmaq üçün güvənmədiyiniz mənbələrdəki linkləri yoxlayaraq faylları idarə edə bilərsiniz. Bu sayədə daha ən başından virus və zərərli proqramlardan qorunmuş olarsınız.


~ http://kleki.com/
Photoshop kimi bir fotoşəkil redaktoru olmayan kompüterlərdə, bu veb səhifəyə daxil olaraq şəkillərinizi redaktə edə bilərsiniz. Ənənəvi tətbiqlər qədər gözəl olmasa da, o an üçün işinizi etmənizi təmin edər.



~ https://downloads.khinsider.com/
Bu saytdan faydalanaraq istədiyiniz oyuna aid musiqiləri yükləyə bilərsiniz.

~ http://sinematek.tv/
Film haqqında axtardığınız demək olar ki hər şeyi buradan tapa bilərsiniz.


~ http://showmystreet.com/
Yazdığınız ünvanın xəritəsinə bu saytdan baxa bilərsiniz.

~ http://www.worldbirthsanddeaths.com/
Bu sayt sayəsində dünyanın və ölkələrin ani doğum və ölüm saylarına baxa bilərsiniz.


~ http://www.gnoosic.com/
Buraya sevdiyiniz yerli və ya xarici 3 müğənni / qrup yazdığınızda sizlərə dinləməyiniz üçün yeni bir ad təklif edir. Təkliflər də eyni şəkildə yerli yada xarici ola bilər.

~ http://myfridgefood.com/
Bu saytda soyuducunuzdakı ərzaqları seçib yazdığınızda sizlərə yemək təklifi və reseptlər təqdim edir. Hər gün təkrarlanan cansıxıcı "bu axşam nə yeyim" sualına çarə ola bilər.


Ümid edirik ki, sizin üçün faydalı olar :)


sh