İnsanoğlu, itləri səhv başa düşmüş ola bilərmi?

İnsanoğlu, itləri səhv başa düşmüş ola bilərmi?

Edilən araşdırmalara görə insanın ən sadiq dostu olaraq bilinən və asanca insan həyatına adaptasiya edilə bilən itlər, əslində tam olaraq bizim duyğu və düşüncələrimizə adaptasiya olmuş vəziyyətdə deyil.
Biz bu təsəvvürün əsas səbəbini sizə belə izah edək; Bir itiniz olduğunu düşünün və siz olmayanda evi dağıtdığını, bəlkə də bir ayaqqabınızı çeynədiyinitəsəvvür edin. Çox güman ki edəcəyiniz ilk şey itə səhvini müəyyən edəcək hərəkətlərlə günahkarlıq duyğusu aşılamaq və onu danlamaq üzərinə olacaqdır. Bu qarşılıqlı təsirin nəticəsində isə kədərli gözlərlə sizə baxan, səhvini anlamış kimi görünən bir köpək meydana çıxacaq. Yaxşı, bəs bu həqiqətən doğrudurmu?


Təəssüf ki, bir köpəklərin qavrama üzrə ekspertinə görə, həqiqət düşüncələrimizdən tamamilə fərqlidir. İnsanoğlu olaraq itlərdən aldığımız bu reaksiyanı davamlı olaraq günahkarlıq duyğusuna yorsaq da işin təməli çox daha köhnə, sadə və instinktiv bir duyğuya çatır; 'qorxuya'. Əslində, bu davranışdan sonra gördüyümüz kədərli üz, ona zərər verməyimizdən qorxmasına bir işarədir.

Bununla yanaşı, bu iddianın doğru olma ehtimalı olduqca yüksəkdir, çünki bu araşdırma və nəticələri, itlərin qavranma mütəxəssisi və elm adamı olan Alexandra Horowitz tərəfindən aparılmış və ortaya atılmış vəziyyətdədir. O, bunun itlərin deyil, tamamilə insanoğlunun günahı olduğunu, insanoğlunun heyvan davranışlarını, öz zehni və emosional proseslərinə görə davranmağa meyilli olmaları ilə əlaqələndirir.


sh