Apple, əlillər üçün yeni smayliklər təklif etdi

Apple, əlillər üçün yeni smayliklər təklif etdi

Apple, əlillər üçün yeni smayliklər ilə onların təmsil edilməsini asanlaşdırmaq istəyir.

Teach.az xəbər verir ki, şirkət, ötən günlərdə, müxtəlif maneələrə sahib şəxsləri təmsil etmək məqsədi ilə 13 yeni smaylik təklif edib. Yeni smayliklərin arasında istifadəçinin kar olduğunu və ya eşitmə cihazı taxdığını göstərən smayliklər var. Bütün bu yeni smayliklər Unicode Konsorsiyumu-na bir məktub olaraq təqdim edilib.

Apple, bu smaylikləri edərkən əlil şəxsləri təmsil edən müxtəlif təşkilatlarla çalışıb.

Apple mövzu haqqında bu açıqlamanı edib:

"İstifadəçilərin həyat təcrübələrinə simvolik olaraq smaylik əlavə etmək, əlilliyi ehtiva edən fərqli bir mədəniyyəti təşviq etməyə köməkçi olur. Smaylik universal bir dil və ünsiyyət üçün güclü bir vasitədir. Eyni zamanda bir özünü ifadə etmə formasıdır. Bunlar, yalnız kişinin öz fərdi təcrübəsini təmsil etmək üçün deyil, eyni zamanda insanın sevdiyi birinə dəstək göstərmək üçün də istifadə edilə bilər."



Şirkət, smayliklərin ilk etapda bütün maneəli istifadəçiləri təmsil etməyəcəyini ancaq daha sonra yenilərinin əlavə ediləcəyini ifadə edib. Bu smayliklərin təsdiqlənib təsdiqlənməyəcəyi, səs vermək üçün toplanacaq konsorsiyuma bağlıdır. Təsdiqlənənlər, Mart 2019-cu ildə təqdim olunacaq olan bir sonrakı smaylik paketi üçün siyahıya alınacaq.

Fira