Cambridge skandalı böyüyür: #DeleteFacebook hərəkatı son 5 ilin təpə nöqtəsini gördü!

Cambridge skandalı böyüyür: #DeleteFacebook hərəkatı son 5 ilin təpə nöqtəsini gördü!

10 il əvvələ qədər internetdən 'qız meseneleri' axtarışlarını sonlandıran, 4-5 il evvel orta yaşlı tanışlarımız tərəfindən işğal olan Facebook, eynilə MySpace və MSN kimi sosial media səhnəsindən silinirmi?
Google AdWords məlumatları, yalnız fevral ayında belə ABŞ-da "#DeleteFacebook" üçün 100.000-dən 1 milyon arasında axtarış edildiyini göstərir. Bu ədədin, Elon Musk hadisəsiylə və #DeleteFacebook kompaniyasının başlanğıcıyla mart ayınının sonunda iki qat artacağı təxmin edilir.

Şirkət, bazar dəyəri etibarı ilə fəlakət bir eniş yaşayarkən, Mark Zuckerberg və Sheryl Sandberg-in mediaya qatılmaları ilə Facebook ziyanları bir raddəyə qədər nəzarət altına alınmağa çalışılır. Ancaq, Facebook üçün ən pisi də şirkət üçün federal araşdırmaların olması və müxtəlif səbəblərlə şirkətə açılmış bir çox iddiaya Facebookun qatılmaq məcburiyyətində olmasıdır.

Xatırlayırsınızsa, WhatsApp, Facebook tərəfindən 19 milyard dollardan çox bir qiymətə satın alınmışdı. '#DeleteFacebook' hərəkatı, bu həftənin son yarısında, WhatsApp qurucusunun ortağı Brian Acton-un Facebooku silmə kompaniyasına dəstək üçün tweet atması isə ortalığı yaxşıca qarışdırdı.
Müzakirəyə başqa bir yerdən daxil olan Mozilla isə hələlik Facebookda reklam verməyi dayandıracağını söylədi. Keçdiyimiz günlərdə 'Cambridge Skandalı' sonrası Elon Musk, dünyanın hər yerindən minlərlə adama olan dəstəyini göstərmək üçün Facebookda olan SpaceX və Tesla hesablarını sildirdi.

İrəliləyən günlərdə Mark Zuckerbergin səhmdarı olduğu Instagram və WhatsApp üçün də eyni vəziyyətin yaranıb-yaranmayacağı da olduqca böyük bir marağa səbəb olub.


sh