Skype-a yeni yeniləmə gəlir

Skype-a yeni yeniləmə gəlir

Microsoft tərəfindən edilən açıqlama ilə birlikdə Skype tətbiqinin həm iOS, həm də Android platformaları üçün bu gündən etibarən yenilənəcəyi ifadə edilib.

Teach.az xəbər verir ki, yeniləmə ilə birlikdə tətbiqə uzun müddətdir haqqında danışılan TripAdvisor xüsusiyyəti də əlavə olunacaq. TripAdvisor ilə birlikdə StubHub dəstəyi də əlavə olunacağı açıqlanan tətbiqdə artıq qrup danışmalar içərisində gələcəkdəki səfərlərinizi planlamaq da olduqca sadə bir hala gələcək. Yaxşı bu xüsusiyyət necə çalışacaq? Əslində çox sadə çünki yeniləmədən sonra bir danışma pəncərəsinə girdiyinizdə "Danışmağa əlavə et" düyməsinə toxunmaq və TripAdvisor seçimini seçməyiniz kifayətdir. Bundan sonra ziyarət etmək istədiyiniz şəhər və ya ölkəni seçə bilərsiniz.

Hətta axtarışlar bununla da məhdud qalmayacaq çünki içərisində otellər, restoranlar və seçdiyiniz bölgədə ziyarət edə biləcəyiniz bütün əhəmiyyətli nöqtələr iştirak edəcək.



StubHub isə TripAdvisor-a əlavə olaraq müxtəlif fəaliyyətləri planlayıb təşkil edə bilmənizi təmin edir. Az əvvəl ifadə etdiyimiz şəkildə StubHub-ı seçdikdə yaxında reallaşdırılacaq tədbirlər sadalanır.

Son olaraq da yeniləmənin həm iOS həm də Android platformalarında bu gündən etibarən təqdim edilməyə başlandığını və yaxında bütün mobil cihaz istifadəçiləri üçün yüklənilə bilən hala gələcəyini də ifadə edək.

Fira