WhatsApp-da möhtəşəm YENİLİK

WhatsApp-da möhtəşəm YENİLİK

Beta proqramını istifadəçilərinə təqdim etdikdən sonra WhatsApp, istifadəçiləri üçün yeni yeniləmələrlə gəlir. Yeniliklərin bu an üçün yalnız Android beta proqramında test edildiyini bildirək. Beta versiyası ilə birlikdə tətbiqin 2.18.90-a yüksəldiyini də əlavə edək.

Teach.az xəbər verir ki, yeni gələn yeniləmə ilə birlikdə, səhvlər aradan qaldırılıb və yaxşılaşdırılmalar edilib. Bunlara əlavə olaraq, yeni xüsusiyyətlər də bizlərə asanlıqlar təmin edəcək.

WhatsApp, smaylik və etiketlər üçün axtarış hissəsi gətirib. Axtarışın hissəsinin gəlməsiylə birlikdə tətbiqi istifadə edənlər, smaylik və etiketlərə sürətlicə çata biləcək.



Bir fotoşəkil, video və ya GIF təşkil etmək istədiyinizdə, etiketləri axtararaq seçə bilərsiniz. Ayrıca axtarış edərək smayliklərə sürətlə çata bilərsiniz.



Əgər axtardığınız smayliki tapa bilmədiyiniz təqdirdə, axtarış hissəsinə axtardığınız smaylikin adını yazaraq, asanca çata bilərsiniz.

Android üçün test edilən yeniləmə, irəlidə iOS platformasına da gələ bilər.

Fira