Hal-hazırda dünyada ən çox danışılan 10 şey!

Hal-hazırda dünyada ən çox danışılan 10 şey!

Dünyanın hal-hazırda ən çox danışdığı 10 gündəmi sizlər üçün siyahıya alınmışdır.
Bazar ertəsi gününü çox da xoşlayırıq desək yalan olar. Yeni bir həftənin başlayıb tətil gününə ən uzaq günün olması, bunun ən böyük səbəblərindən biridir. Mart ayının da sonlarına yaxınlaşdığımız bu günlərdə Business Insider, dünya gündəmini məşğul edən ən əhəmiyyətli 10 şeyi paylaşdı. Baxaq, 2018 Mart ayında ən böyük gündəmləri nələrdir:

1- Xüsusi məsləhətçi Robert Mueller, ABŞ prezidenti Donald Trump'a bəzi suallar yönəltdi. Bu suallardan qısa bir müddət sonra, Trump Rusiya istintaqının bağlanılmasını istədi.

2. Çin prezidenti Xi Jinpingin əhəmiyyətli müttəfiqi olan Vang Qişan, Çinin vitse-prezidenti seçildi.

3- İngiltərənin Avropa Birliyindən ayrılması olaraq adlandırılan Brexit'in axasında bir Rus agentinin olduğu danışılır.

4- Rusiyada təşkil edilən seçkilərdə Putin, dördüncü dəfə prezident seçildi. Amerika tərəfindən seçkilərə müdaxilə edilməklə günahlandırılan ölkə, öz seçkilərində xarici hakerlər tərəfindən hücuma məruz qaldıqlarını iddia etdi.

5- Filippin prezidenti Rodrigo Duterte, Beynəlxalq Ceza Məhkəməsinin rəhbərliyinə reaksiya göstərərək təşkilatdan çəkilmə qərarı verdi.

6- Facebookun məlumatların pozulması gün üzünə çıxdı. 2016 Trump kampaniyasında çalışan bir məlumat firması, 50 milyon Facebook istifadəçisinin xüsusi məlumatlarını qanuni olmayan bir şəkildə topladığı aydın oldu.

7- Türk Silahlı Qüvvələri, Afrin'de ələ keçirdi. Xarici ölkələrin ən böyük narahatlığı, mülki əhalinin zərər görməsi olaraq açıqlanır. Xüsusilə Suriya, Türkiyənin 280 mülki vətəndaşını öldürdüyünü bildirmişdi. Nəticədə görünüşlər bizə bunun tam əksini göstərir. Terror təşkilatlarının vətəndaş xalqı təhdid edərək Türk əsgərinə qarşı sipər etdikləri görülür.

8- Apple öz ekranlarını inkişaf etdirir. Bloomberqin sözlərinə görə, Apple Kaliforniyada öz ekranlarını istehsal edən gizli bir istehsal müəssisəsinə malikdir.

9- Trump, Tayvan ilə bir razılaşma imzaladı. Sazişin gündəmində, Çinin etdiyi "hərbi təzyiq" təhdidi var. ABŞ və Tayvanlı səlahiyyətlilər, Çin'i narahat etmək üçün danışıqlar aparırlar.

10. Dünyanın ən ağıllı insanlarından olan Stephen Hawking həyatını itirdi. Hawking'in son araşdırma məqaləsi paralel kainatların aşkarlanmasına səbəb ola bilər. Ölümündən 10 gün əvvəl göndərilən məktub, digər kainatların gerçək olub olmadığını necə test edə biləcəyimizi izah edir.


Dünya daxilində insanların gündəmi hal-hazırda bu şəkildədir. İrəliləyən dövrdə daha az ziddləşmə və daha çox yeni kəşflərin olduğu gündəmdə görüşmək üzrə.