YouTube-da izləyə biləcəyiniz 6 xarici yemək kanalı!

YouTube-da izləyə biləcəyiniz 6 xarici yemək kanalı!

YouTube platformasında dünyanın müxtəlif yerlərindən 6 müxtəlif yemək kanalını bir araya gətirdik.
Zamanınızı boşa xərcləmək üçün YouTube-da milyonlarla məzmun tapa bilərsiniz, ancaq bu səfər sizə bir təklifimiz var: Maraqlı yemək kanalları. Normal bir şəkildə bişirən və ya resept verən yüzlərlə kanal tapa bilərsiniz. Bir az daha fərqli bişirmə üsulları və bəzi maraqlı şeylər təqdim edən kanalları sizin üçün tərtib etdik. Kanalları 3 kateqoriyaya ayırdıq: "Nostalji", "İnnovativ" və "Dünya mətbəxi".

NOSTALJİ

Townsends



Bu kanal yalnız bir yemək kanalı deyil. 18-ci əsrdəki həyatı təkrar canlandıran kanalda, müxtəlif tarixi hadisələrə şahid ola bilərsiniz. Kanalın ən maraqlı videolarından biri olan "18-ci əsrin səhər yeməyi" videosunu sizlərlə paylaşdıq.

Great Depression Cooking




Asan və aşağı qiymətli yeməklər hazırlayan bu kanal, Clara adlı bir yaşlı qadın tərəfindən qəbul edilən reseptlərlə doludur. Kanal adındakı 'depression' isə, təxmin etdiyiniz depressiya deyil; iqtisadi böhran. Böhran dövründə ailəsinə etdiyi uyğun qiymətli yeməkləri paylaşan bu xala, təəssüf ki, artıq həyatını itirib. Onun xatirəsini yaşadan kanalda müxtəlif yemək reseptləri tapa bilərsiniz.

İNNOVATİV

Hellthy Junk Food



Bu kanalda sevdiyiniz zərərli fast-food yeməkləri sıfırdan şərh edən yüzlərlə video var. Heç biri sağlam olmayan bu yeməklərdən 'Pizza Cake' isə ən maraqlı olanıdır. Bəli sağlam deyil dedik, başlığı təkrar oxumağınızda fayda var.


How to Cook That



Bu kanal, müxtəlif tortlar və desertlər edir. Ancaq edilən şeylərin heç də şirniyyata bənzəmədiyi kanalda; iPad keksi və ya Fortnite kassası kimi maraqlı şeylər də mövcuddur.

DÜNYA MƏTBƏXİ

Grandpa Kitchen



'Hindli Dayı' adıyla məşhur olan dayının bir çox rəqibi var. Bunlardan biri də Grandpa Kitchen adlı kanaldır. Gigiyenik olmadığı qədər səmimi olan bu dayıların yemək bişirməsini izləmək; yeməkdən daha zövqlüdür.


Ice Cream Rolls



Taylandın məşhur küçə dondurması olan tava dondurmanın min bir növünü tapa biləcəyiniz bu kanalın videolarını izləyərkən,ürəyiniz mütləq dondurma istəyəcək.

Dünyanın müxtəlif yerlərində müxtəlif yeməkləri olan bu YouTube kanallarını bəyəndinizmi? Sizi acdıra bildik yoxsa bəzilərini izləyərkən iyrəndinizmi?


sh