Beynimiz zaman səyahəti edə bilərmi?

Beynimiz zaman səyahəti edə bilərmi?

Nectome 'adı verilən bir layihə ilə insan beyinini kopiyalayaraq, onları bir məlumat halına gətirəcək sistem üzərində işlərə başlandı. Bu iş etik şəkildə 'insan dondurma' texnologiyası ilə müqayisə edildi.
'Cryonics' (insanları daha sonra canlandırmaq üzrə dondurmaq), elm fantastika ədəbiyyatının və Hollywoodun dəyişməz bir parçası olaraq bilinir. Yaxşı bəs həqiqətən mümkün olarsa, nə kimi imkanlar üçün istifadə edilə bilər? Bəlkə bu anda müalicə edilə bilməyən bir xəstəliyin müalicəsi olana qədər gözləmək (Batman & Robin - Buz Adam) ya da yalnız gələcəyi görmək, bilvasitə bir zaman səfəri etmək (Passengers.) Bu fikirlərin nə qədər çox müzakirə olunmasından asılı olmayaraq, heç kim bu kosmiklərin birini həll etmək üçün günümüzdə təsdiqlənmiş texnologiyaya malik deyil.

Y Combinator tərəfindən maliyyələşdirilən "Nektom" adlı yeni bir başlanğıc insanları dondurma ilə bağlı fikirlərinizi dəyişdirmək istəyir. Bunun üzərinə yeni texnologiyaya görə, beyninizin bir kopyasını yaratmaq və bir disk kimi saxlamaq istəyir.
Lakin bu əməliyyatın ən ironik tərəfi; əslində kopyalanan adam həqiqətən sizmi olacaqsınız? Və bu əməliyyat üçün bir ehtimal da olsa ölməyə hazır edirsiniz? Bu cür suallara dəqiq olaraq cavab verilməsə də bunun bir növ beyin arxivləmə sistemi olacağını söyləyən tədqiqatçılar 'insanlıq olaraq, beynin gücünü və necə çalışdığını hələ qavramış deyilik, bunun nə kimi təsir edəcəyi üzərinə işlərimiz davam edir' deyərək tam olaraq dəqiq cavablar verməkdən imtina etdi. İşlərin fəlsəfi ölçüsündən başqa bu proseslər bir gündə müvəffəqiyyətlə yerinə yetirilsə, bəşəriyyət həqiqətən bu texnologiyanı insanlıq üçün uğurlu və faydalı bir layihə kimi istifadə edəcəkdirmi? Ya da daha da pisi bu cəmiyyəti nəzarət etmək üçün istifadə edilən bir silah halını ala bilərmi?

Bu mövzu bir tərəfdə digər doptiopiya sualları ilə müzakirə edilsin, biz də Teach.az oxucularından soruşaq; zamanda səfər edə bilmək üçün indiki həyatınızdan imtina edə bilərdinizmi?


sh