Avropa İttifaqı qaydaları dəyişdirir: Şengen vizası almaq daha asan olacaq!
Avropa Birliyi Şengen vizasını yeni qaydalara əməl edənlərə daha uzun və asan bir şəkildə verəcəkdir. Şengen vizasının alınması Avropaya daxil olmaq üçün son dərəcə vacibdir.
Avropa Birliyi Komissiyası bir çox ölkənin vətəndaşlarının daha asan Şengen vizası ala bilməsi barəsində əhəmiyyətli bir dəyişikliyə gedərək yeni bir tənzimləmə həyata keçirir.
Avropa Birliyi Komissiyasının köçdən məsul üzvü Dimitris Avramopoulos tərəfindən açıqlanan tənzimləməyə görə yeni qaydaları pozmayacaq şəxslər üçün Şengen vizası almaq asanlaşacaq və müddəti 5 ilə qədər uzadıla biləcək.
Yeni tənzimləmə hələ rəsmi olaraq qüvvədə deyil. Avropa Parlamenti və Avropa Birliyi üzv dövlətlərin tənzimləməni təsdiqlədikdən sonra, aşağıda göstərilən yeni qaydalar rəsmən təqdim ediləcəkdir.
~Viza müraciətlərində qərar müddəti 15dən 10 günə düşəcək. Müraciətlər səyahətdən üç ay yerinə altı ay əvvəl edilə biləcək.
~Elektron müraciət edilə biləcək. Viza üçün müraciət edənlər konsulluqlarda fiziki olaraq iştirak etmələri lazım olmayacaq. Onlar yalnız barmaq izləri üçün konsulluqlara çağırılacaqlar.
~Şengen ölkələrinə daxil və bu ölkələrdə qalma qaydalarını pozmayan viza sahiblərinə sonrakı müraciətlərində çox girişli viza veriləcək. Çox girişli vizaların müddəti, qaydalara uyğun gəlmə sicili müsbət olanlar üçün pilləli olaraq bir ildən beş ilə yüksəldiləcək.
~Qısa müddətli səyahət üçün xarici quru və dəniz sərhədlərində, müvəqqəti xarakterli, mövsümə bağlı və yalnız daxil edilən ölkə üçün etibarlı vizalar veriləcək. Turizmi dəstəkləmə məqsədi daşıyan bu cür vizaların müddəti maksimum yeddi gün olacaq.
~Viza ödənişləri 20 avroluq artımla 60 avrodan 80 avroya yüksələcək.
sh