WhatsApp, Android Beta proqramını yenilədi

WhatsApp, Android Beta proqramını yenilədi

WhatsApp, Google Play Beta Proqramı vasitəçiliyi ilə WhatsApp Betanı 2.18.84 versiyasına yüksəldib. Bildiyiniz kimi WhatsApp, Android tətbiqi üçün bir müddətdir səs qeydi kilidləmə xüsusiyyəti üzərində çalışır. Xüsusiyyət, 2.18.84 beta versiyasında hələ istifadəçilərə təqdim edilmiş deyil.

Teach.az xəbər verir ki, yeni versiya ilə birlikdə WhatsApp, səs kilidləmə xüsusiyyəti üçün kiçik bir dəlil əlavə edib və interfeysdə kiçik bir yaxşılaşdırma reallaşdırıb.



WhatsApp-ın üzərində çalışdığı bir başqa xüsusiyyət isə etiketlərdir. Şirkət, etiketlər xüsusiyyətinin istifadəçilərə təqdim edilməsi üçün hələ üzərində çalışılması lazım olduğunu düşünür. Bu səbəblə 2.18.84 versiyasında etiketlər hələ istifadəyə açılmış deyil. Şirkətin ilk məqsədi xüsusiyyəti qərarlı hala gətirmək və etiket mağazasını zənginləşdirməkdir. Etiketlər və səs qeydiyyat kilidi xüsusiyyətlərinin bütün istifadəçilərə nə zaman təqdim ediləcəyi hələ bilinmir.

Fira