YouTube-da sui-qəsd videolarının kökünü qurudacaq yeni xüsusiyyət

YouTube-da sui-qəsd videolarının kökünü qurudacaq yeni xüsusiyyət

Dünyanın ən böyük video paylaşım platforması olan YouTube, tək başına belə ucsuz-bucaqsız bir kainatdır. Milyonlarla əyləncəli və məlumatlandırıcı məzmunun olduğu bu platformada, istifadəçilərin zehinlərini yalan və səhv məlumatlarla dolduran videoların sayının da az olduğu deyilə bilməz.

Teach.az xəbər verir ki, istifadəçilərini səhv məlumatlardan qorumaq istəyən Google, Wikipedia ilə iş birliyinə gedərək platformaya yeni bir xüsusiyyət qazandırır. Şəxsən YouTube CEO-i Susan Wojcicki tərəfindən açıqlanan xüsusiyyət çərçivəsində YouTube, sui-qəsd videolarını qəbul edərək altlarında gerçəyi izah edən kiçik Wikipedia qutucuqları göstərəcək.



YouTube-un yeni xüsusiyyətini South by Southwest Interactive Festival-da tanıdan Wojcicki, xüsusiyyət haqqında bunları söyləyib:

" Bu yeni xüsusiyyət YouTube sui-qəsd nəzəriyyələriylə əlaqəli videolar gördüyünüzdə dövrəyə girəcək. Bu nöqtədə sui-qəsd nəzəriyyələrini təsbit etmək üçün Wikipedianın hazırladığı 'yaxşı bilinən sui-qəsd nəzəriyyələri' siyahısından faydalanacağıq. Videonun dərhal altında məzmunda danışılanlarla əlaqəli ancaq işin əslini ifadə edən Wikipedia qutuları iştirak edəcək. "

Fira