Android P-nin ən çox sevilən 5 Xüsusiyyəti

Android P-nin ən çox sevilən 5 Xüsusiyyəti

50-dən çox yeni xüsusiyyətlə birlikdə gələn Android P-nin bəzi xüsusiyyətləri, digərlərindən daha çox diqqət çəkib. Hələ yolun başında olan Android P, final versiyasına qədər alacağı yeniləmələrlə son halına qovuşacaq.

Teach.az sizə Android P-nin ən çox sevilən 5 yeniliyini təqdim edir:

1) Bir düymə ilə Ekran İstiqamətini dəyişdirmə imkanı



Android P ilə gələn bu xüsusiyyət, alt qisimdəki virtual düymələrə ekran fırlanma seçin əlavə edir.

2) Səs düymələri artıq Media səsi üçün istifadə edilir



Android P ilə bərabər, səs düymələri media səsini idarə etmək üçün istifadə ediləcək. Daha əvvəl Samsung cihazlarda olan bu xüsusiyyət, ilk dəfə Android P-də sistemin öz xüsusiyyəti olaraq təqdim edilir.

3) Bildiriş Panelindən sürətli cavablama xüsusiyyətində inkişaf etdirmələr



Android P ilə birlikdə, mesajlaşma bildirişlər köhnəsinə görə çox daha inkişaf etmiş xüsusiyyətlərə sahib olacaq. Nougat versiyasında əlavə olunan sürətli cavab xüsusiyyəti, Android P ilə inkişaf etdirilərək ağıllı təkliflər təqdim etməyə başlayır.

4) "Lockdown Mode ", Yəni kilidlənmə Modu



'Lockdown Mode' adlı bu xüsusiyyət aktiv edildiyində, barmaq izi sensoru və digər biometrik sensorların çalışması əngəllənir. Yəni bu demək olur ki, təhlükədə olduğunuz bir anda kimsə sizin barmaq izinizi, üzünüzü və ya səsinizi istifadə edərək telefona daxil təmin edə bilməyəcək.

5) Arxa plandakı tətbiqlərə giriş məhdudlaşdırması

Android P ilə gələn ən əhəmiyyətli xüsusiyyətlərdən biri də, arxa planda çalışan tətbiqlərin mikrofon, kamera və ya müxtəlif sensorlara girişin əngəllənəcək olmasıdır. Aktiv olaraq istifadə etmədiyiniz bir tətbiqin, sizin məlumatınız olmadan bu əhəmiyyətli vasitələrə çıxış əldə etməsini heç kim istəməz. Bu problemi Android P yeniləməsi ilə həll edən Google, biz istifadəçilərin təqdirini qazanmağı bacarır.

Fira