Facebookdakı gizli videolar necə yüklənir?

Facebookdakı gizli videolar necə yüklənir?

Facebook, internetin və ağıllı telefonların yayılması ilə son dərəcə sürətlə böyüyüb və indiki vaxtda 2 milyard aylıq aktiv istifadəçiyə çatıb. Facebookun yüksəlişində ən böyük pay, şübhəsiz ki video paylaşım xüsusiyyətidir. İstifadəçilər tərəfindən sevilən bir video, asanlıqla milyonlarla izlənilməyə çata bilir. Hər hansı bir səbəbdən ötəri bir Facebook videosunu yükləmək istəyə bilərsiniz.

Teach.az xəbər verir ki, YouTube videolarının yalnız Google serverlərində saxlandığı kimi Facebook videoları da yalnız Facebook serverlərində saxlanılır. Bu səbəblə ana səhifədə gördüyünüz videolar əslində bir Göndərmənin içinə basdırılmış vəziyyətdədir və yükləmək üçün gerçək video URLində çatmanız lazımdır. Video URL tapsanız belə bu məlumat, videonu sağlam bir şəkildə endirmək üçün kafi deyil. Çünki bəzi videolar hər kəsə açıq olaraq paylaşılarkən, bəzi videolar məxfilik ayarları ilə çıxış məhdudlaşdırılmış ola bilər.

Facebookdan video yükləmənin ən asan yolu:

Hər kəsə Açıq Videolar Üçün:

1.Addım- Video URL tapmaq



Yükləmək istədiyiniz videonun məxfilik nizamı çox əhəmiyyətlidir. Video oynadıldığı sırada üzərinə gələrək sağa basın və 'Video internet ünvanını (URL) göstər' variantına basın. Videonun üzərində kiçik bir URL görünəcək, o ünvanı kopyalayın. Hər kəsə açıq bir videonun URL 'https://www.facebook.com/webtekno/videos/2065586300329515' şəklində olacaq.

2.Online Facebook video yükləyicilər açmaq



Buraya klikləyərək yükləmə əməliyyatını həyata keçirəcəyimiz internet saytına giriş əldə edə biləcəksiniz. Ortada olan ünvan bölməsinə kopyaladığınız Facebook video URL yapışdırıb və 'download' düyməsinə basın. Videonu yüksək ya da standart keyfiyyətdə yükləyə biləcəyiniz iki fərqli variant çıxacaq. İstədiyiniz variantı seçdikdən sonra altında olan 'download' düyməsinə basa bilərsiniz.

Gizli videolar üçün:

1.Addım- Səhifə qaynağını tapmaq



Təəssüf ki məxfilik ayarları ilə qorunan videoları yalnız URL-lərini istifadə edərək yükləyə bilmərik. Hər hansı bir gizli videoyu endirmək üçün əvvəlcə səhifa qaynağına çatmamız lazımdır. Bunun üçün endirmək istədiyiniz videonun üzərinə gələrək sağa basın və 'yeni nişanda aç' seçin. Ardından videonun açıldığı nişanın üzərinə gedin və 'CTRL U'ya basaraq səhifə qaynağını göstərin. Səhifə qaynağı açıldığında əvvəlcə CTRL A-ya basaraq bütün qaynağı seçin, sonra CRTL C-yə basaraq kopyalayın.

2.Videonu yükləmək:



Buraya klikləyərək yuxarıda hər kəsə açıq videoları yüklədiyimiz internet saytının gizli videolar üçün meydana gətirdiyi ayrı yükləyicilərə çata bilərsiniz. Açılan səhifədəki boş qutuya kliklədikdən sonra CTRL V-ə basaraq kopyaladığınız bütün qaynaq kodunu yapışdırın və sonra endir düyməsinə basın. Sayt, yükləmə keyfiyyətini seçmək üçün iki variant təqdim edəcək. İstədiyiniz keyfiyyətdə videoyu yükləyə bilərsiniz.

Fira