Motorolanın Əfsanə Telefonu RAZR Geri Dönür!

Motorolanın Əfsanə Telefonu RAZR Geri Dönür!

Ağıllı telefonlardan əvvəl sektorun bəyənilən telefonlarından olan Motorola RAZR, tam fərqli bir formada geri gəlir. Qapaqlı telefonların çox məşhur olduğu bir dövrdə Motorola tərəfindən çıxarılan və çox geniş bir kütlənin sevgisini qazanan telefon, iki ekran təqdim etməsiylə o dövr böyük fərq yaradırdı.
Son illərdə bu tərz telofonları ağıllı bir şəkildə yenidən canlandırmağa qərar verən istehsalçılar, bu markaların gücündən faydalanmaq istəyir. Motorola da RAZR telefonunu canlandırmaq istəyir, lakin bir neçə vacib şey var. Birincisi, telefonu məşhur edən bəzi əsas dizayn xüsusiyyətləri olmayacaq. Daha fərqli bir formada çıxması gözlənilən yeni ola biləcək RAZR telefonunun çıxış tarixi haqqında bir məlumat yoxdur.

Motorolanın bu nostalji dalğası ilk olaraq keçən il ortaya çıxmışdı. Markanın sahibi Lenovo, RAZR'ın keçən il bazara dönəcəyini işarə etdi. Motorola, bu markanı necə istifadə edəcək bilinmir, ancaq Samsung'la həyata keçməsi gözlənilən qatlana bilən ekran formasına rəqib olaraq bir RAZR cihazının çıxarıla biləcəyi düşünülür.
Qatlanabilən ekranla adına daha uyğun bir cihaza bürünəcək yeni RAZR'ın nə zaman elan ediləcəyi haqqında heç bir məlumat paylaşılmayıb. Motorola RAZR-ın buraxılış tarixi 2018-ci ilin sonuna qədərdir. Buna görə də bu cihaz haqqında məlumatların ortaya çıxması üçün bir az daha gözləməliyik.



shrn.