Samsung Galaxy S9-un rəqiblərinə görə ən böyük üstünlüyü - Qulaqlıq girişi

Samsung Galaxy S9-un rəqiblərinə görə ən böyük üstünlüyü - Qulaqlıq girişi

Sizcə Samsungun yeni smartfonu Galaxy S9 üzərindəki ən köhnə texnologiya hansıdır? Əlbəttə ki 3.5mm qulaqlıq girişi. Köhnə bir texnologiya olsa da hələ istifadəçilər tərəfindən sıxlıqla istifadə edildiyindən az qala bütün istifadəçilər tərəfindən ağıllı telefonlarda var olması istənilir. Ən azından 'kaş ki telefonumda qulaqlıq girişi olmasaydı' deyən çox adam olduğunu söyləyə bilmərik.

Teach.az xəbər verir ki, Apple və Google kimi şirkətlər, 'çoxluq' olduğunu düşünərək ağıllı telefonlarından qulaqlıq girişlərini qaldırıblar. Simli qulaqlıq istifadə etmək istəyən istifadəçilərə isə 3.5mm girişi olan qulaqlıqları telefona bağlaya biləcəkləri bir əlavə çevirici təqdim ediblər.



Samsung isə bu mövzuda müştərilərinə qulaq verməyə laqeyd yanaşmır. Applenin qulaqlıq girişini qaldırmasından bu yana 3 fərqli smartfon model tanıdan Samsung, heç birində qulaqlıq girişi saxlamağı laqeyd etməyib. Samsung beləcə nə qədər istehlakçı dostu bir marka olduğunu da göstərməyə davam etmiş olub.

Şirkət daha əvvəl Galaxy S6 modelində microSD kart girişini qaldırmış, lakin istehlakçıların israrı üzərinə Galaxy S7 modeli ilə birlikdə yenidən geri gətirmişdi. Ayrıca keçdiyimiz il də barmaq izi skanerin mövqeyi mövzusunda istehlakçı tənqidlərinə dinləyən Samsung, Galaxy S9 modelində barmaq izi skaneri daha yaxşı etmişdi. Samsungun yeni ağıllı telefonlarını hazırlayarkən istehlakçı şərh və tənqidləri nəzərə alması, şirkətin istehlakçılar qarşısında rəqiblərinə görə üstünlüklü bir mövqeyə gəlməsini təmin edir.

Fira