WhatsApp-ın yeni xüsusiyyəti istifadəçilərə baha başa gələ bilər

WhatsApp-ın yeni xüsusiyyəti istifadəçilərə baha başa gələ bilər

Sosial media nəhəngi Facebookun nəzdində olan məşhur mesajlaşma tətbiqi WhatsApp platformaya inteqrasiya etməyə hazırlandığı yeni xüsusiyyəti ilə gündəmdədir. Android və iOS üzərindən WhatsApp istifadəçilərinin bir-birlərinə asan və sürətli bir şəkildə pul göndərmələrini təmin edəcək ödəmə xidmətinin Hindistanda sınamağa təqdim ediləcəyi keçdiyimiz həftələrdə açıqlanmışdı.

Teach.az xəbər verir ki, ölkə mətbuatında iştirak edən xəbərlərə görə, yeni peer-to-peer ödəmə sisteminin beta testləri bu an Hindistanda edilməyə başlanıb.



Söz mövzusu xüsusiyyət istifadəçilərin həyatlarını asanlaşdıracaq. Ancaq kiber təhlükəsizlik mütəxəssisləri bank hesablarını WhatsApp hesablarına bağlayacaq istifadəçiləri təhlükəsizliklərini gözdən keçirmələri istiqamətində xəbərdar edir. Çünki bu xüsusiyyət hayaınızı asanlaşdırdığı qədər kiber quldurların sizin bank hesabınıza çatmasını da asanlaşdıra bilər.

Daha əvvəl Facebook Messengerdə ​​gördüyümüz WhatsApp Pay necə çalışacaq?

WhatsApp-ın sistemi, Birləşmiş Ödəniş interfeysinə (UPI) söykənir. Ümumi istifadə edilən digital bir ödəmə sistemi olan UPI ilə inteqrasiya olan sistemin işləyə bilməsi üçün, əvvəlcə bank hesabınızı WhatsApp-a birləşdirmək lazımdır. Bunun üçün istifadəçilər telefon nömrələrinə doğrulama edir. Daha sonra isə sistemə bank kartlarını əlavə edib pul transfer əməliyyatlarını reallaşdıra bilir.

Fira