Ön kamerasını içində saxlayan, həqiqətən çərçivəsiz  telefon: Vivo Apex!

Ön kamerasını içində saxlayan, həqiqətən çərçivəsiz telefon: Vivo Apex!

Ağıllı telefon dünyasındakı çərçivəsiz ekran bolluğu sürət kəsmədən davam edərkən, istehsalçıların ən çox çətinlik yaşadıqları mövzu ön kamera və sensorları qaldıra bilməmək olur. Bu məsələnin həlli ilə məşğul olan Vivo, kameranı çəkməcəyə yerləşdirdi və onu cihazın üstünə qoydu və çərçivələri yox etdi.
Ağıllı telefon istehsalçıları, daha geniş və çərçivəsi olmayan ekran dizaynlarıyla qarşımıza çıxırlar. Ancaq çərçivəsiz bir telefon çıxarmaq, ön kamera və ətrafındakı sensor təchizatlara gorə az qala qeyri-mümkün hal alır. Apple iPhone X ilə, ekranı mümkün qədər genişləndirmək və sözü gedən sensorlar ilə çəntikdə yerləşdirmək qərarına gəldi. Samsung və Google kimi istehsalçılar çərçivəsində dərəcələri azaltmaq istəsələr belə bir addım daha gedə bilərlər.

Ekranı genişləndirmək üçün çarəni başqa bir üsulda tapan Vivo, ön kameranı açıla bilər bir çəkməcə şəklində hazırlayıb cihazın üst qisiminə yerləşdirdi. MWC 2018 fəaliyyətində qarşımıza çıxan cihaz, bu an üçün konseptual bir dizayndır.

Ön kamerası bu formadadır:

Galaxy S9 və S9 Plus'dan belə daha az çərçivəyə sahib olan Vivo Apex, ön kamera istifadə edilmədiyi zamanlarda telefonun içində gizlənmiş olur . Şirkətin şərhinə görə, kamera çəkməcəsi təxminən 0,8 saniyədə açılır və şəkil çəkməyə hazır vəziyyətə gəlir. Proses başa çatdıqdan sonra kamera eyni şəkildə geri qayıdır.
Eyni zamanda ekrana basdırılmış bir barmaq izi sensoru də saxlayan Apex, çərçivəsiz bir ekran üçün edilə biləcək bütün fədakarlıqların edildiyi bir cihaz olmuşdur. Vivo hələ Apex'i bazara çıxarmayacağını bildirir və hələ inkişaf mərhələsində olduqlarının vurğulayır. Ancaq bir sərgidə nümayiş etdirmək, bu cihazın yaxın zamanda rəsmi bir şəkildə elan ediləcəyinə dair işarədir.


shrn