LineageOS 15.1 çıxdı

LineageOS 15.1 çıxdı

Limitsiz özəlləşdirmə variantına sahib Android əsaslı açıq qaynaq kodlu pulsuz əməliyyat sistemi LineageOS, LineageOS 15.1 ilə yoluna davam edir! Baxaq bu yeni versiyada nə kimi yeniliklər mövcud və hansı cihazları əhatə edir. Çoxumuzun da bildiyi üzrə LineageOS, köhnə CyanogenMod qrupunda olan şəxslərin qurduğu yeni bir birlikdir.

Teach.az xəbər verir ki, daha əvvəl çıxardıqları bir neçə versiya ilə nə qədər iddialı olduqlarını sübut edən qrup, əməliyyat sisteminin yeni versiyası ilə yollarına davam etməkdədir.



Yeni Android 8.1-based LineageOS 15.1 ilə gələn ən təəccüblü xüsusiyyətlərdən biri, sistemə istədiyiniz rəngi verə bilir olmanızdır. Ayrıca "Automagic" xüsusiyyətiylə birlikdə, dəyişən divar kağızıyla mütənasib olaraq avtomatik tema rəngi də dəyişdirə bilməkdədir. Ayrıca uzun zamandır tənqid olunan ikon paketi dəstəyi də yeni versiya ilə birlikdə təqdim edilmiş vəziyyətdədir.



Son olaraq kamera tətbiqinə də daxili barkod oxucu əlavə olunub.

LineageOS 15.1 tərəfindən dəstəklənən cihazların tam siyahısı:

– Google Nexus 6P
– Google Nexus 5X
– LeEco Le Pro3 / Le Pro3 Elite – zl1
– OnePlus 3 / 3T
– OnePlus 5
– OnePlus 5T
– Samsung Galaxy Tab S2 9.7 (2016)
– Samsung Galaxy Tab S2 8.0 (2016)
– Xiaomi Mi 5
– Xiaomi Mi 5S
– Xiaomi Mi 5S Plus

Fira