İnstagram-da mesaj ilə göndərilən şəkil və videolar yaddaşda saxlanıla biləcək

İnstagram-da mesaj ilə göndərilən şəkil və videolar yaddaşda saxlanıla biləcək

Ötən ay edilən yeniləmə ilə Instagram-a sohbeti saxla variantı əlavə olunmuşdu. Facebook, SnapChat və WhatsApp kimi rəqibləri düşündüyümüzdə Instagram-ın söhbət xüsusiyyətləri olduqca sadə və istifadəsiz qalır. Bunun fərqində olan firma, söhbət xüsusiyyətlərini aktuallaşdırmağa davam edərək mövcud istifadəçiləri tərəfindən daha çox istifadə edilməyi məqsəd qoyur.

Teach.az xəbər verir ki, yeniləmədən sonra Instagram istifadəçiləri göndərdikləri fotoşəkil və videoların qalıcılığını təyin edərək saxlanmasını və ya tək səfər izlənildikdən sonra silinməsini seçə biləcəklər. Instagram-dan göndərilən mesajlarda istifadəçilər, video və fotoşəkillərin saxlanılması ilə əlaqədar 3 fərqli varianta sahib olacaq. Göndərilən məzmunda 'view once' variantı seçim edilsə hər zaman olduğu kimi oxuyan adam mesaj bölümünü bağladıqdan sonra məzmun silinəcək. İstifadəçi 'allow replay' seçimini seçsə göndərilən məzmunun kopiyası yazıla biləcək. Son olaraq istifadəçilər 'keep in chat' variantını seçim etdiklərində mesaj məzmun hissəsində alıcı və göndərən tərəfindən silinmədiyi müddətcə saxlanılmağa davam edəcək.



Yuxarıdakı şəkildən də göründüyü üzrə SnapChat mesajlaşma mövzusundakı inkişafını davam etdirir. Ancaq Instagram üçün eyni vəziyyət söz mövzusu deyil, zaman keçdikcə mesaj sistemini istifadə edən istifadəçi sayında azalma söz mövzusudur. İrəliləyən günlərdə alınan qərarın nə dərəcə faydalı olduğunu birlikdə görəcəyik.

Fira