WhatsApp, Qrup söhbətləri üçün 'Açıqlama' xüsusiyyəti gətirir

WhatsApp, Qrup söhbətləri üçün 'Açıqlama' xüsusiyyəti gətirir

Dünyanın ən çox seçilən mesajlaşma proqramı WhatsApp, mövcud xüsusiyyətlərini inkişaf etdirməyə və yeni xüsusiyyətlər əlavə etməyə davam edir.

Teach.az xəbər verir ki, yeni bir yeniləmə üzərində çalışan WhatsApp, söhbət qruplarının məqsədlərinin daha dəqiq təyin üçün bir növ 'haqqında' xüsusiyyəti olan qrup açıqlamalarını istifadəçilərinə təqdim edir. Qrup açıqlamaları, qrup məlumatına toxunduqda qrup vizualının altında göstərilir və qrupun xüsusiyyətini, məqsədlərini və qaydalarını iştirakçılara ya da qrupa dəvət edilən şəxslərə bildirir. Qrup açıqlamalarını bu an üçün qrupa daxil olan hər kəs dəyişdirə bilir, lakin bu vəziyyət irəliləyən yeniləmələrdə dəyişə bilər.



Qrupa yeni bir adam əlavə olunduğunda qrup şərhi, söhbət pəncərəsinin yuxarı hissəsində bir qutucuq olaraq görünür. Beləcə yeni bir iştirakçı qrup açıqlamalarını araşdırmağı unutmaz. Ayrıca qrup açıqlamalarını yalnız iştirakçılar deyil qrupa dəvət edilən şəxslər də görə bildiyi üçün, açıqlamaları qrupu təyin ediləcək şəkildə yazmaqda fayda var.

Qrup şərhləri xüsusiyyəti, 2.18.54 Android beta versiyası ilə birlikdə Android Beta Proqramı iştirakçılarına təqdim edilmiş vəziyyətdədir. Lakin xüsusiyyət qısa zaman içində iOS və Windows Phone-lu cihazlara da təqdim olunacaq. Qrup şərhlərinin bütün istifadəçilərə nə zaman təqdim ediləcəyi isə bu an üçün bilinmir.

Fira