iPhone-ları çökdürən səhv üçün yeniləmə gəldi

iPhone-ları çökdürən səhv üçün yeniləmə gəldi

Apple əhəmiyyətli yenilikləri daxil etdiyi iOS 11.3 əvvəli ara yenilənmələrə davam edir.

Teach.az xəbər verir ki, iOS 11-dəki bir səhvi düzəldən iOS 11.2.6 təqdim olunub. Keçdiyimiz həftə iOS istifadəçilərinin arxasını buraxmayan mesaj problemlərinə bir yenisi daha əlavə olunmuşdu. Hindistan dili Teluqu xarakterlərinin cihazlara göndərilməsi ilə birlikdə iPhone çökür və mesajlar tətbiqi istifadə edilə bilməz hala gəlirdi.



Görünüşcə çox adama təsir etməyən bu səhv, xarakterlərin internet mühitində yayılmağa başlaması ilə birlikdə zarafat məqsədli istifadə edilən iOS istifadəçilərini çətinliyə salmağa başlayıb. iOS 11.3'ün betalarında bu səhv yoxdur. Apple istifadəçilərin iOS 11.3-ü gözləmələrinə gərək qalmadan bir ara yeniləmə ilə problemi həll edəcəyini açıqlamışdı. iOS 11.2.6 ilə iPhone-ları çökdürən mesaj səhvindən xilas ola bilərsiniz.

iOS 11.2.6 dəstəkləyən cihazlar

iPhone

• iPhone X
• iPhone 8
• iPhone 8 Plus
• iPhone 7
• iPhone 7 Plus
• iPhone 6s
• iPhone 6s Plus
• iPhone 6
• iPhone 6 Plus
• iPhone SE
• iPhone 5s

iPad

• 12.9-düym iPad Pro (2. Nəsil)
• 12.9-düym iPad Pro (1. Nəsil)
• 10.5-düym iPad Pro
• 9.7-düym iPad Pro
• iPad Air 2
• iPad Air
• iPad 5. nəsil
• iPad mini 4
• iPad Mini 3
• iPad Mini 2

iPod touch
• iPod touch 6. nəsil

Yuxarıdakı iOS cihazlardan birinə sahibsinizsə yeniləməni iTunes vasitəsilə ya da cihazınızda Ayarlar tətbiqinin Ümumi / proqram yeniləməsi hissəsini istifadə edərək yükləyə bilərsiniz.

Fira