İlk Qoyun-İnsan hibridi canlılar istehsal olunub! Bəs nə üçün?!

İlk Qoyun-İnsan hibridi canlılar istehsal olunub! Bəs nə üçün?!

Yer üzündə insanlığın sirrini həll edib də müalicə edə bilmədiyi bir çox irsi xəstəlik var. Bu məsələləri həll etmək üçün bir araya gələn Stanford Universiteti tədqiqatçıları ilk dəfə insan və qoyun hibrid embrionlarını inkişaf etdirmişlər. Bu qoyunların bədənində insan orqanları inkişaf etdiriləcək.
Orta əsrlərdə insanların qan nəqli etdiklərini söyləsək təəccüblənər, bu nəqlin qoyunlardan edildiyini söyləsək daha da təəccüblənər, nəql edilən qanın qoyun qanı olduğunu söyləsək şoka olarsınız. Bəli, elm və xüsusilə tibbdə yaşanan inkişaflar hələ çoxu irsi xəstəliyə həll çarə tapa bilməyib amma zamanla həll olunur.

Stanford Universitetinin tədqiqatçıları laboratoriya mühitində qoyun və insan hüceyrələri ilə istehsal etdikləri embriyanı inkişaf etdirməyə müvəffəq olmuşlar. Yerləşdirilən kök hüceyrələri ilə qoyun bədənlərində insan orqanlarını inkişaf etdirə biləcəkdir.

Heyvanların bədənlərində yetişdiriləcəkk və sonradan insanların bədənlərinə nəql ediləcək orqanların yolunu açan işlər, bir baxıma ilk insan və qoyun melezi canlının da yaradılması mənasını daşıyır. Ancaq işin bu qisimi fərqli bucaqlardan baxıldığında müzakirəyə açıqdır. Bu mövzuya toxunmadan əvvəl, əsl məqsədin detallarına nəzər yetirək.
Bu layihə, tip 1 diabet xəstələrinin gündən günə tükənən orqanlarının yerinə yenilərini qoya bilmək üçün bir dönüş nöqtəsi ola bilər. Elm insanları daha əvvəl bioloji olaraq bir digər uyğun canlı olan donuzlarda bənzər bir təcrübə etmiş, ancaq orqan toxumaları canlı bədənində istehsal edilə bilməmişdi.

Pankreas orqanını daha əvvəl sınaq siçanlarının bədənlərinə kök hüceyrələrlə müvəffəqiyyətli bir şəkildə nəql edən elm insanlarının sıradakı sınaq qrupu koyunlardır. Bu qrup son nəticədə əsas rol oynadı.

Stanford'daki genetik professorlarından olan və sözü gedən proyektin başçısı Dr. Hiro Nakuachi, "siçanlarda siçan pankreası yaratdıq və daha sonra bu pankreası diabetik bir siçana müvəffəqiyyətli şəkildə nəql etdik. Siçan az qala tamamilə yaxşılaşdı. Yeni layihəmiz 5- 10 il davam edə bilər, lakin bacaracağıq."dedi.



Orqan donorluğunun qlobal mənada hər dövrdə qeyri-kafi olması, layihənin təmin edəcəyi bir digər faydaların başında gəlir. Bəzi insanlar həyatını itirir, çünki gözlənilən orqan tapılmır.

Ancaq layihəyə qarşı müsbət baxmayan heyvansever qruplar, ABŞ-da 20.000'den çox imza toplayaraq həmin icranı dayandırmaq istəyirlər. Davis Califonia Universitetindən heyvan elmi professoru Pablo Ross, narahatlıq olduğunu və layihənin müvəffəqiyyətli olma ehtimalının aşağı olduğunu dilə gətirir. Lakin tibb sahəsində tibbin ən perspektivli tədqiqatlarından biri olduğunu da vurğulayır.

Orqanların harmoniyasında ən vacib nöqtə qoyun orqanlarında tapılacaq insan kök hüceyrələridir. Sözü gedən insan qoyun hibridi olan embrionlar 3 həftə ərzində canlı saxlanıldılar. Qrup indi də kök hüceyrələri doğru bir şəkildə bədənlərə yerləşdirməyi və insan DNT-sindən hərəkətlə, qoyun bədənində pankreas orqanı inkişaf etdirməyi ümid edir.

Bir çox qoyunlarda böyüyən insan orqanları ilə çoxsaylı insanların həyatı xilas ola bilər. Sosial olaraq, bu mövzu dərin müzakirəyə namizəddir. O müzakirələrə başlamazdan əvvəl təcrübələrin nəticələrini gözləməkdə də fayda var.


shrn