WhatsApp məlumatlarınızı yükləyə biləcəksiniz!

WhatsApp məlumatlarınızı yükləyə biləcəksiniz!

WhatsApp məlumatları göstərmə və yükləmə xüsusiyyətini dövrəyə alır. Beta versiyası ilə mövcud xüsusiyyət sayəsində bütün məlumatlarınızı görüntüləyə və yükləyə biləcəksiniz.
Dünyanın ən məşhur mesajlaşma proqramı, Avropadakı qaydalara uyğun gəlmək üçün özəlləşdirmə edir. Yeni xüsusiyyət 2.18.50 beta versiyası ilə təqdim edilmişdir.

İnkişaf etmiş ölkələrdə, xüsusilə də Avropa ölkələrində- fərdi məlumatların gizliliyinə böyük əhəmiyyət verilir. Avropadakı qanuni tənzimləmələr səbəbiylə WhatsApp yeni bir xüsusiyyəti dövrəyə almaq məcburiyyətində qaldı.

Proqramın parametrlər bölməsində "Hesabım" düyməsinə basarsanız, 'Məlumatlarımı yüklə' seçimini əldə edəcəksiniz.


Hesabınızdakı bütün məlumatları bu ekran üzərindən yükləyə bilərsiniz. Ancaq, məlumatlarınızı yükləmədən əvvəl hazırlanması üçün istək göndərməyiniz gərəkdir.

İstəyinizi bildirmək etmək üçün 'Request raport' düyməsinə klik edin. Bir müddət sonra da raporunuzun hazır olduğu, sizə bildiriş ilə çatdırılır.

Facebook-da var!

Facebook da istifadəçilərinə məlumat yükləməyi təklif edir. Facebookun ayarlar hissəsindən asanlıqla sizinlə əlaqəli bütün məlumatları endirə bilirsiniz.


shrn