Facebookun  "Uşaqlar üçün Messenger" proqramı Android üçün təqdim olundu

Facebookun "Uşaqlar üçün Messenger" proqramı Android üçün təqdim olundu

Bir çox müzakirəyə baxmayaraq ötən aylarda iOS üçün təqdim olunan proqram, indi də Android üçün təqdim olunub.

Teach.az xəbər verir ki, Facebook-un söylədiyinə görə, uşaq üçün Messenger tətbiqi Android üçün təqdim olunub. Qarşıdakı günlərdə çox ölkədə yüklənə biləcək olan tətbiqin bir çox xüsusiyyəti mövcuddur. Proqram, valideynlərin uşaqlarının kimlərlə danışdığını bilməsini təmin edir. Beləcə uşaqların kimlə danışıb kimlə danışmayacaqlarına ailəsi qərar verə bilir. Ayrıca ailələr Messenger-dəki şəxsləri silmə və maneə törətmə kimi hüquqlara da sahibdir. Uşaqlar üçün isə əyləncəli effektlər və maskalar təqdim edən proqram, uşaqların gözəl vaxt keçirməsi məqsədi ilə hazırlanıb. Eyni zamanda ailəsi və yoldaşlarıyla görüntülü ya da səsli görüşmə də edə biləcək olan uşaq, etibarlı bir mühitdə mesajlaşma etmənin dadını çıxarda biləcək.

Proqramın ən bəyənilən xüsusiyyəti isə, proqramı istifadə etmək üçün bir Facebook hesabına ehtiyac olmasıdır. Uşaqlar üçün bir Facebook açmanın uyğun olmadığını düşünən ailələr, bu proqram ilə uşaqlarıyla ünsiyyətə keçə bilər və Facebook-dan uşaqlarını uzaq tuta bilər. Facebookun zərərlərindən xəbərdar olan və bunlardan narahat olan ailələr tərəfindən bu tətbiq çox bəyənmə yığır.

Fira