Google, WhatsApp-a sizin yerinizə mesajlara cavab verəcək bir sistem düzəldir

Google, WhatsApp-a sizin yerinizə mesajlara cavab verəcək bir sistem düzəldir

Google-un Allo adlı mesajlaşma tətbiqi ilə Ağıllı cavab vermək xüsusiyyəti olan proqramı təqdim etməyi planladığı ortaya çıxdı.
Bu o deməkdir ki, WhatsApp, Facebook Messenger, WeChat və s. kimi digər mesajlaşma proqramlarında gələn mesajlara fərdi cavablar verə biləcək.

Google-un təcrübi məhsullar üzərində çalışan bir hissəsi olan "Area 120" tərəfindən göndərilən bir test dəvətnaməsi vasitəsilə işin detalları gün üzünə çıxıb.

Ağıllı cavab ilə mesajlara daha sürətli cavab verə biləcəksiniz!

Ağıllı cavab sayəsində Restorandasan? şəklində bir mesaj gəldiyində istifadəçilər "Bəli, oradayam" tərzində bir ağıllı cavab tövsiyə edilərkən, Nə zaman evdə olacaqsan? kimi bir sual gəldiyində isə evə gəliş müddəti avtomatik olaraq hesablanaraq cavab olaraq birbaşa qarşı tərəfə göndərilir.


Narahat etmə xüsusiyyəti sayəsində avtomobil sürərkən və ya yatarkən, bu anda söhbət edə bilmədiyinizi qarşı tərəfə bildiriləcək. Bunun yanında vacib vəziyyətlərdən xəbərdar olmağınız üçün, "Biz sizi gözləyirik" kimi bir mesaj aldığınızda, narahat etmə rejimi açıq olsa belə sizə bildiriş gələcəkdir.

Bu xüsusiyyət çox sayda mesajı alan istifadəçilərin iş yükünü çox azaldacaq və Whatsapp, Facebook Messenger, Android Messaging, Skype, Twitter və Slack kimi populyar proqramlar ilə problemsiz şəkildə işləyəcək.


shrn.