Samsung Galaxy S9, cüt dinamik və 3 ölçülü smayliklə gələ bilər
Samsungun mart ayında bazara sürməsi gözlənilən telefonu Galaxy S9, Samsungun çox güvəndiyi cihazlardan biridir.
Teach.az xəbər verir ki, Applenin 2017-ci ilin sonlarında tanıtdığı iPhone X-dan sonra, ağıllı telefon istifadəçilərinin bir cihazda olmasını istədiklərinə yeni xüsusiyyətlər əlavə edilib. Bu xüsusiyyətlər hər nə qədər çox da lazımlı olmasalar da, istifadəçilər onların xüsusiyyət olaraq telefonlara əlavə olunmasını istəyir. Apple-ın rəqibləri isə vəziyyətin fərqində və çox gözə batmadan yeni xüsusiyyətləri telefonlarında istifadəyə təqdim etməyə çalışırlar.
Samsung-un bu şirin rəqabətdə önə təqdim edəcəyi yenilik, 3 ölçülü smayliklər ola bilər. Bu xüsusiyyət istifadəçinin üzünü oxumaq üçün S9-un ön kamerasını istifadə edəcək və 3 ölçülü smayliki ekranda çox daha həqiqi bir şəkildə göstərəcək. Əlbəttə bu xüsusiyyət iPhone X-da onsuz da var lakin yalnız bir neçə smaylikdən ibarətdir. Bir çox smaylik dəstəyi gəlir və daha həqiqi görünüşə qovuşsa Samsung burada bəyənmə yığa bilər.
Samsung ayrıca 3 ölçülü üz tanıma (FaceID bənzəri) və iris göz skaneri ilə təhlükəsizliyi artırmağı hədəfləyir. Barmaq izi oxucusunun telefonun arxasındakı mövqeyi bir çox tənqid almışdı. Bu problemi də həll etmək istəyən Samsung barmaq izi oxucusunun yerini dəyişdirə bilər.
Galaxy S silsilələri üçün ilk dəfə gələcək olan cüt kamera isə fotoşəkil həvəskarların həyəcanla gözlədiyi yeniliklər arasındadır. Musiqi, video və oyun təcrübəsində daha dəqiq və yüksək səs təqdim edə bilmək üçün cüt dinamik də təqdim etməsi gözlənilən Galaxy S9, insanların telefonla əylənərkən də daha çox zövq almasına imkan təqdim edəcək. Ayrıca Samsung bu versiya ilə birlikdə Bixby-ə də daha çox əhəmiyyət verəcəyini söyləyir.
Samsung Galaxy S9-un 25 Fevralda tanıdılması gözlənilir.
Fira