Google xəritələr üçün bir yenilik daha

Google xəritələr üçün bir yenilik daha

Google xəritələr proqramı üçün gələcək yeni bir xüsusiyyət ortaya çıxmış vəziyyətdədir.

Teach.az xəbər verir ki, bu an üçün test mərhələsində olan xüsusiyyət ilə bundan belə mövqe xaricində batareya müddəti paylaşımı da reallaşdıra biləcəksiniz. Bu sayədə məsələn, bir yoldaşınızın gecə vaxtı evə nə qədər yaxınlaşdığını və zaryatqasının bitmək üzrə olub olmadığını öyrənə biləcəksiniz.



Xəritələr kodunda ayrıca, kütləvi nəqliyyat istifadə etdiyinizdə müəyyən bir dayanacağa çatacağınız qəti zamanı yoldaşlarınızla paylaşa biləcəyiniz bir xüsusiyyət də görülür. Əlavə olaraq, tətbiqin yönləndirmələrinə təsir edə biləcək sevdiyiniz stansiyalar üçün qısa yollar da gələcək.

Təbii ki bu detalların nə zaman təqdim ediləcək bir yeniləmə ilə birlikdə gələcəyi hələlik naməlumdur. Digər tərəfdən, şirkətin mövqe paylaşımı mövzusunda istifadəçilərinə çox daha çoxunu təqdim etmək istədiyini söyləyə bilərik.

Fira