Google, iMessage-a rəqib ola bilmək üçün Android Messages-a yeni xüsusiyyətlər gətirəcək

Google, iMessage-a rəqib ola bilmək üçün Android Messages-a yeni xüsusiyyətlər gətirəcək

Google yenə Applenin iMessage-ı ilə rəqabət edə bilmək üçün yeni bir mesajlaşma proqramı sınayacağını bildirib. Ancaq bu səfər tanış və gözlənilməz bir yolla bunu edəcək. Google mobil platformada iMessage qədər müvəffəqiyyətli və çoxlu platformada çalışan mesajlaşma tətbiqi mövzusunda neçənci sınağını etdiyini biz belə bilmirik. Ən son Allo və Duo yaxşı gedir kimi idi. Hangouts isə çoxlu platformada Google-un ən çox istifadə edilən mesajlaşma tətbiqlərindən biridir. Ancaq Hangouts ilə belə Google, WhatsApp və iMessage-a yaxınlaşa bilmədi.

Teach.az xəbər verir ki, bu səfər Google daha tanış bir proqramla sınaqlar etmə yoluna gedir. "Android Messages" yəni Android əməliyyat sisteminin içərisinə basdırılmış olan SMS tətbiqi üzərinə təkmilləşdirmək edəcək olan Google, əslində keçmişə görə daha məntiqli bir sınaq edir deyə bilərik. Android Pollice-in Android Messages içərisində tapdığı kodlara görə, Google tətbiqi iMessage-a bənzətəcək bir sıra xüsusiyyətləri sınağa başlayacaq.



Ayrıca yenə eyni proqramın içərisinə internet əlaqəsiylə Android istifadəçilərinin bir-birləriylə mesajlaşmasını təmin edən bir xüsusiyyət və "Yazır", "oxunub" kimi bildirişlər ala bilmə xüsusiyyəti də əlavə etmək yolundadır. Son əlavə olunacağı düşünülən xüsusiyyət isə, əslində kodlarla tapılmasından çox Android Pollice-in aldığı bir məlumat üzərinədir. Yəni xəbər səhifəsinə görə bu xüsusiyyətin gəlişi qəti deyil.

Ancaq iddialara görə, Google-un Android Messages-a bu xüsusiyyəti gətirməsi məntiqlidir. Xüsusiyyət isə Android Messages üzərindən ödəmə edə bilmə xüsusiyyətidir. Ancaq bu Google Pay kimi bir alver sistemindən kənar digər Android Messages istifadəçilərinə pul göndərilməsi üzərinə bir xüsusiyyət olacaq.



Google-un illərdir iMessage və WhatsApp-a rəqib bir mesajlaşma tətbiqi çıxarmamasındakı məncə ən böyük problem, xüsusiyyət mənasında bəzi şeylərin məşhur olmasını gözlədikdən sonra bunları mesajlaşma tətbiqlərinə qatmasıdır. Ancaq onsuz da bu xüsusiyyətləri başqa mesajlaşma proqramlarında istifadə edən şəxslər, ümumiyyətlə öyrəndiyi proqramlardansa adını ilk dəfə eşitdikləri bir tətbiqi istifadə etməyi təbii olaraq seçim etmir. Ancaq bu xüsusiyyətlərin Androidin SMS tətbiqinə gətirilməsi, Google-un axtardığı ola bilər. Yenə də bunu zaman göstərəcək.

Fira