Çin, İnternet Problemlərini İnternetdə Həll Edəcək Bir Məhkəmə Qurdu!

Çin, İnternet Problemlərini İnternetdə Həll Edəcək Bir Məhkəmə Qurdu!

Çin, ümumiyyətlə internetdə yaşanan problemlərin gerçək məhkəmələrdən öncə, bu tərz mövzularda daha məlumatlı məhkəmələrdə internet mühitində həllinə qovuşması üçün yeni internet məhkəməsini istifadəyə açdı.İnternetin bu qədər geniş istifadə edilməsi faktı, bir çox mübahisəli halların bu platformada yaranmasına imkan yaradır.
1.3 milyard əhalisi olan Çin, buna bir həll tapmaq üçün internetlə əlaqədar mübahisələri internet üzərindən həll etmək üçün yeni bir məhkəmə qurdu. Yanvar ayında qurulan məhkəmə, onlayn alış-verişin, haqq pozuntusu və s. 106 məsələyə baxib. Məhkəmənin ixtisas sahəsi internet hüququ və kommersiya mübahisələri olaraq göstərilir.


Çinin Şanxay əyalətinin Changning bölgəsində yaradılan Xalq Məhkəməsi İnternet üzərində onlayn mübahisələr kimi məhkəmə məsələlərini həll edəcək. İnsanların həbs cəzası kimi ağır cinayətlərdən çox pul cəzasıyla hökm geyəcəyi ittihamlara baxan məhkəmə, istənilən müvəffəqiyyətə çatsa, irəliləyən günlərdə daha çox internet məhkəməsi elan edilə bilər.


Çin, keçən avqust ayında ölkənin şərqindəki Zhehiang əyalətində ilk internet məhkəməsini qurmuş və bu məhkəmə ilə uğurlu nəticələr əldə etmişdir. İnternetin gedərək yayılması və insanların fərdi hüquqlarının hər kəsin əlinə tez keçə bilmə ehtimalının artması sayəsində bu tərz internet məhkəmələri görməyə davam edə bilərik. Hakimlər bu məhkəmələr sayəsində eyni zamanda daha çox hallarda baxa bilərlər. Gələcəkdə məhkəmələr böyük məhkəmə binalarının yerinə internetdə görünə bilər.


shrn.