150-dən çox  yeni smaylik gəlir

150-dən çox yeni smaylik gəlir

Ağıllı telefonların istifadəsinin artmasıyla birlikdə həyatımızdakı yeri daha da artan smayliklər artıq daha da çox müxtəlifdir.

Teach.az xəbər verir ki, 2018-ci ildə istifadə ediləcək ən yeni smayliklər Unicode Consortium tərəfindən eşitdirilib. Hazırda test müddətində olan smayliklərin tam sayının 157 ədəd olacağı bildirilib. Ancaq bu ədədin böyük əksəriyyətini dəri tonlarının meydana gətirəcəyi yəni əslində 77 fərqli smaylikin olacağı ifadə edilir.



Ümumiyyətlə ilk olaraq Apple-ın istifadə etməyə başladığı yeni smaylikləri iOS 12 ilə 2018-ci ilin içərisində görə biləcəyik. Yeni gələn smayliklər arasında isə buruq saçlı, qırmızı saçlı, keçəl adam və qadınları görə bilirik. Bunların yanında pirat bayrağı, uçan disk, xərçəng, yalvaran üz, qıç və ayaq smaylikləri də diqqət çəkir.

Ayrıca yeni yeniləmə ilə silah, qatar və qaçan qadın smayliklərinin istiqamətləri dəyişdiriləcək və ok üzlü və sual işarəli adam smaylikləri artıq istifadə edilməyəcək.

Fira