Telefonunuzdakı problemləri TestM ilə həll edəcəksiniz

Telefonunuzdakı problemləri TestM ilə həll edəcəksiniz

Telefonunuzda bir problem olduğunu mu düşünürsünüz?

Teach.az xəbər verir ki, TestM proqramı telefonunuzda bu problemlərin hansı nöqtələrdə olduğunu göstərəcək. Qəbul etməmiz lazımdır ki ağıllı telefonlarımız, gündəlik həyatımızın mərkəzində yer alırlar. Dərhal hər şeyi ağıllı telefonlar üzərindən edir və ya koordinasiya edirik.

Əlaqə, musiqi, fotoqrafiya, naviqasiya kimi bir çox sahədə istifadə edilən telefonlar, bəzən biz fikir vermədən xarab ola bilirlər. Qarşınıza heç gözləmədiyiniz bir anda problem çıxmasındansa özünüz telefona nəzarət edərək nə kimi problemlərinin olduğunu tapa bilərsiniz.



Zamanla köhnəlməyə məruz qalan telefonlar, mikrofon, dinamik və ya sensor kimi problər də yaşaya bilirlər. TestM adlı proqram sayəsində telefonun harasının çalışdığını, harasının problemli olduğunu görə bilərsiniz. Bu sayədə proqram üzərindən bir hesabat yaratmaq, telefonun ziyanlı qismini düzəltməsi üçün bir texniki xidmətə məsləhətləşə bilərsiniz.



Həm Android həm də iOS platformasında olan TestM-lə telefonunuzun xüsusiyyətlərini görə bilər, sürətli və ya tam test başlada bilər, istəsəniz xüsusi olaraq istədiyiniz təchizatları test edə bilərsiniz. Proqram 5 dəqiqədən qısa müddət içərisində telefonun nə vəziyyətdə olduğunu sizə göstərəcək.

Tətbiqi ilk dəfə açdığınızda, fərqli addımların olduğu bir Ana səhifə görünəcək.



Test tamamlandıqdan sonra telefon haqqında daha çox məlumat sahibi ola bilərsiniz. Əgər cihazı texniki xidmətə aparmağınız lazımdırsa tam yoxlamanın hesabatını çıxara, bu hesabatı WhatsApp, Gmail kimi rabitə platformaları ilə istədiyiniz adama göndərə bilərsiniz.

Tətbiq üzərindən eyni zamanda batareya məlumatları; doldurulma səviyyəsi, gərginlik, ümumi amper kimi vəziyyətlərə baxa bilər, telefonun model, IMEI, Android versiyası, ekran ölçüsü, RAM miqdarı, CPU sürəti, kamera, daxili yaddaş kimi xüsusiyyətlərini də öyrənə bilərsiniz.

Fira