Almaz ekranlı ağıllı telefonlar gəlir

Almaz ekranlı ağıllı telefonlar gəlir

Ağıllı telefonlarda dayanıqlılığa əhəmiyyət verənlər üçün 2019-ci ildə almazla gücləndirilmiş telefon ekranlarını bazarda görməyə başlayacağıq.

Teach.az xəbər verir ki, Nanokristalin inkişaf etdirilməsi və istehsalı mövzusunda mütəxəssis olan Akhan SEMICONDUCTORS adlı şirkət tərəfindən inkişaf etdirilən Mirage Diamond Glass materialı, yavaş-yavaş test edilməyə başlayıb. Şirkətin icraçı direktoru Adam Khan, yeni şüşənin indiyə qədər istifadə olunanlardan daha güclü və daha sərt olacağını söyləyib Mirage Diamond Glass, laboratoriyada istehsal olunan almazlardan edilmiş və Corning Gorilla Glass 3 kimi digər ekran dayanıqlılıq texnologiyaları ilə birlikdə istifadə edilə bilər quruluşdadır.

Bu ümid verici layihə üçün seçilən vəsait təəccüblü deyil. Çünki almaz, parlaq və bahalı olmaqdan ötəri eyni zamanda insanlar tərəfindən bilinən ən dayanıqlı təbii maddədir. Bu görə ekranları daha dayanıqlı hala gətirmək üçün bu maddənin istifadə edilməsi sürpriz deyil. Onsuz da qırılmaz ekran da indiki vaxtda bir çox istehlakçının uzun müddətdir gözlədiyi bir inkişafdır.

Ancaq təbii ki bu almaz quruluş əlavə xərc deməkdir. Baxaq istehsalçılar bu mövzuda nə kimi işlər edəcəklər.

Fira