WhatsApp mesajları daha rəngli hala gəlir

WhatsApp mesajları daha rəngli hala gəlir

WhatsApp-a hər keçən gün yeni xüsusiyyətlər əlavə olunmağa davam edir. WhatsApp dünyanın ən məşhur sosial şəbəkəsi halına gəldi ancaq bu onun üçün kafi deyil. Davamlı olaraq yeni xüsusiyyətlərlə qarşımıza çıxan platformanın son olaraq bu gün yeni bir xüsusiyyəti gün üzünə çıxıb.

Teach.az xəbər verir ki, yeni gələn xüsusiyyəti ilə WhatsApp mesajları çox daha rəngli hala gələcək. Mesajlarını daha rəngli hala gətirmək istəyən WhatsApp-ın yaxın zamanda sticker mağazasını platformaya əlavə edəcəyi gün üzünə çıxıb.



Facebook, Messenger və Telegram kimi mesajlaşma proqramları ilə istifadəçilərə təqdim edilən sticker və animasiyalardan ibarət bu mağaza ilk başda məhdud sayda sticker-dən meydana gələcək. Sonrasında isə artacaq. Daha əvvəl də GIF xüsusiyyəti əlavə olunan platform bu yeni xüsusiyyət ilə birlikdə bir az daha rəngli hal alacaq. Sticker mağazası isə alt tərəfdə, klaviatura sahəsindən eynilə smaylik sahəsi kimi görünəcək və buradan, smay likgöndərir kimi göndəriləcək.

Hal-hazırda bu xüsusiyyətin nə zaman platfromaya əlavə olunacağı bilinmir, ancaq bu çox sürməyəcək. Fevral ayının sonuna qədər bu xüsusiyyətin əlavə olunmuş olması gözlənilir.

Fira