Snapchat-a yeni mətn stilləri və şəxsləri susdurmaq xüsusiyyəti gəldi

Snapchat-a yeni mətn stilləri və şəxsləri susdurmaq xüsusiyyəti gəldi

Snapchat sevmədiyiniz, ancaq ayıb olmasın deyə dost siyahınızda tutduğunuz şəxsləri susdurmanızı təmin edən yeni bir xüsusiyyətlə gəlib.

Teach.az xəbər verir ki, Snapchat, Facebook kimi ictimai mediaları ən böyük çətinliyi olan "narahat edilmə" vəziyyətinə bir həll olacaq yeni yeniləməsini eşitdirib. Bir neçə həftə əvvəl səssizcə təqdim edilən yeni xüsusiyyətlə birlikdə bundan sonra sizi narahat etməməsini istədiyiniz şəxsləri rahatlıqla susdura biləcəksiniz. İşin gözəl tərəfi, susdurduğunuz şəxslər sizin onları susdurduğunuzu bilməyəcəklər.

Yəni, ayıb olmasın deyə yoldaşlıqdan çıxarmadığınız və ya əngəlləmək istəmədiyiniz insanları susduraraq Snapchat hesabınızı daha xoşbəxt bir şəkildə istifadə edə bilərsiniz.



Ağıllı telefonlarımıza hər gün çox böyük bir zaman ayırırıq. Bu müddətdə ümumi olaraq İnstagram, Facebook, Snapchat kimi sosial medialarda zaman keçiririk. Şirkətin yeni yenilənmələrinə bu xüsusiyyəti daha çox inkişaf etdirərək davamlı susdurma kimi xüsusiyyətlər gətirməsi gözlənilir.

Qısa müddət əvvəl yeni şrift xüsusiyyətlərini təqdim edən Instagram-a Snapchat-dan dərhal cavab gəlib. Snapchat, tətbiqə yeni rəngli mətn üslub və müxtəlif şriftlər əlavə edib. Hal-hazırda Birləşmiş Krallıq, Avstraliya və Kanadada istifadə edilməyə başlayan yeni mətn üslub, çox yaxında digər ölkələrdə də istifadəyə açılacaq. Snapchat, qısa müddət əvvəl etdiyi böyük dizayn dəyişikliyiylə istifadəçilərindən çox böyük tənqidlər almışdı.

Onsuz da uzun bir müddətdən bəri Instagram-ın altında əzilən şirkət, dizayn dəyişikliyinin tutmamasından sonra son sınaqlarından biri olan "narahat edilməmə" variantı üzərində irəliləyib.

Fira