WhatsApp Web'e Çox Vacib Bir 'Bildiriş' Funksiyası Gəldi!

WhatsApp Web'e Çox Vacib Bir 'Bildiriş' Funksiyası Gəldi!

WhatsApp Web-e daxil olub gizli bir şəkildə bütün mesajlarınızı oxuyan insanlara qarşı tədbir görmək istəyən Facebook bunu üçün yeni bir funksiya yaratdı. Belə ki, WhatsApp Web-ə daxil olduğunuzda telefonunuza bildirişlər gələcək.

WhatsApp, 1,5 milyard aylıq istifadəçi ilə ən çox istifadəçisi olan mesajlaşma proqramıdır, və son illərdə artan pis məqsədlə istifadənin qarşısını almaq üçün yeni xüsusiyyətləri təqdim etdi. WhatsApp-ı kompüterinizdən də istifadə etmək üçün hazırlanmış WhatsApp Web-ə də mühüm təhlükəsizlik xüsusiyyətləri gəldi. WhatsApp Web-ə daxil olduğunuzda, şəxsi mesajlarınızı oxuyan insanlara qarşı tədbirlər görmək üçün WhatsApp veb saytına daxil olduqda bir bildiriş alacaqsınız. Bu bildirişlə, hesabınızın WhatsApp Web-də açıq olduğunu biləcəksiniz və istəsəniz bütün WhatsApp Web-saytını blok edə bilərsiniz.


İnternet vasitəsilə WhatsApp Web-ə daxil olduqda, bu bildirişlər sizdən xəbərsiz mesajlarınızı oxuyan insanları öyrənməyə imkan verəcəkdir. Əslində, Settings bölümündən indi hansı WhatsApp Web hesabınızın onlayn olduğunu öyrənə bilərsiniz, ancaq müntəzəm olaraq bunu izləmək mümkün deyil. Bu sistem sayəsində hesabınızı davamlı olaraq izləyə bilərsiniz.


WhatsApp Web-ə birdən çox kompüterlə qoşulsanız və onları idarə edə bilmirsinizsə, telefonunuzda gələn bildiriş vasitəsilə insanların sizin şəxsi mesajlarınızı oxuyub oxumaqıqlarını öyrənə bilərsiniz.

Telefonunuzun yuxarı hissəsində çıxan bildirişə klik etməklə, mesajlarınızın göstərildiyi kompüter haqqında məlumat əldə edə bilərsiniz. Məsələn, köhnə sevgiliniz hesabınıza daxil olduqda bunu daha asan görə biləcəksiniz.


shrn.