Evinizin hər otağında güclü Wi-Fi üçün edə biləcəyiniz 5 yol!
Simsiz modeminizin yerləşdiyi otaqda problem yoxdur, lakin digər otaqlarda siqnal gücü tədricən azalır! Çox adamın yaşadığı problemin həlli ola biləcək 5 təklifə nəzər salaq.
Simsiz modeminizin payladığı wi-fi siqnalının bütün evdə eyni gücə malik olmaması problemli bir haldır. Əsasən salonda və ya evin mərkəzi nöqtəsində yerləşən qurğuların gücü digər arxa otaqlara çatmır. Bu olduqca zəhlətökən bir haldır, amma yenə də yaxşı xəbərimiz var.
Gəlin bu məsələnin həllinə nəzər yetirək.
1-Modemi yenidən yerləşdirin
Wi-Fi siqnalının evdəki bütün nöqtələrdə güclü bir şəkildə yayılmadığı halda, modemin yerləşdiyi yeri dəyişmək lazım gələcək. Siz hər zaman siqnal ala biləcəyiniz mərkəzi bir yer seçmiş ola bilərsiniz, seçdiyiniz mövqe məsafə baxımından düzgün də ola bilər, amma ətraf mühit faktorları modeminizin siqnalını gücləndirməsinə mane ola bilər.
2-Elektron siqnal azaldıcılarını aradan qaldırın!
Modeminiz ətrafında bir çox elektron cihaz varsa, Wi-Fi siqnal gücünüz mütləq azalacaqdır. Qısası, ətraf mühitə siqnal verən yeganə cihaz simsiz modem deyil. Televizordan kompüterə, musiqi sistemindən mikrodalğaya və hətta işıqlandırmaya qədər olan hər şey ətrafdakılara siqnal verir. Bu siqnallar müəyyən bir "səs-küyə" səbəb olur və Wi-Fi siqnalınızın gücünə mənfi təsir göstərir. Həll yolu isə, modeminizi bu cihazlardan bir neçə metr uzaqda yerləşdirmək və ya onları modemdən uzaqlaşdırmaqdır.
3-Modem proqramını yeniləyin
Bu gün İnternet servis provayderi (ISP) tərəfindən abunəçilərə bir çox modem təklif olunur və onların parametrləri tamdır - istifadəyə hazırdır. Bu səbəbdən hazır modemlərin firmware yeniləmələrinin edilməsi problem ola bilər. Ayarların yenidən cihazı tanımaması və ya cihazın zəmanət xaricində qalması kimi vəziyətlərlə qarşılaşmamaq üçün bu üsuldan çox da istifadə edilmir.Buna baxmayaraq, proqram yeniləmələri cihazlarınızın daha yaxşı işləməsinə səbəb ola bilər.
4-Həmişə günahı modemdə görməyin, qəbuledici qurğularınıza baxın!
Düzdür,modeminiz Wi-Fi siqnalını paylayır, amma cihazlarınızda güclü bir siqnal görməyəndə bütün günahı ona atmaq doğru deyil. Bilirsiniz ki, köhnə cihazların kifayət qədər güclü və müasir Wi-Fi alıcıları yoxdur. Simsiz rabitə üçün IEEE 802.11 standartları gün keçdikcə inkişaf edir və yeni standartlar yalnız yeni qurğulardadır. Şübhəsiz, a / b / g / n kimi çox da maraqlı olmayan hərfləri eşitmisiniz. Bunlar siqnal gücünə və sürətə təsir edən hər iki amildir. Alıcı cihazınız köhnədirsə, modeminizdən gələn Wi-Fi siqnalları yeni bir cihazdakı kimi yaxşı ola bilməz. Bu vəziyyətdə edə biləcəyiniz tək şey, köhnə cihazlarınızı ən azından proqram təminatı baxımından gündəmdə saxlamaqdır. Yenə də problem həll olmursa, bəlkə də təzəsini almağın vaxtı gəlmişdir.
5-Siqnal gücləndirici və xarici antenalardan kömək alın!
Siz modemin yerini dəyişdirdiniz, elektronik cihazları xaric etdiniz, proqramı yenilədiniz, və yenə də həll olmadı? Belə bir vəziyyətdə biraz pul xərcləməli olacaqsınız. Yalnız bir və ya iki Wi-Fi siqnal gücləndiricisi ilə modeminizin siqnalının gücünü artıra bilərsiniz. Bu halda, modeminizlə eyni marka və ən az orta qiymət aralığına sahib bir məhsul almağınızı məsləhət görürük. Modeminiz xarici antenna / əlavə antenin yerləşdirilməsinə uyğun olarsa, siqnal gücləndirici yerinə bu üsuldan da istifadə edə bilərsiniz. Siqnal gücünüzü daha yüksək tezlikli anten ilə artıra bilərsiniz.
BONUS: Qonşularınızla paylaşın!
Üst, alt və ya yan qonşu fərqi yoxdur. Məsələn, yataq otağınızdakı modeminizdə çox az bir siqnal var, amma qonşu modemdən çox güclü bir siqnal olduğunu görürsünüz. Yəqin ki, yataq otağınız onun salonuna yaxındır. O da digər otaqlarda bu vəziyətlə qarşılaşır və sizin siqnal gücünüzü görür. Belə vəziyyətlərlə tez-tez qarşılaşmaq mümkündür. Qonşularınızla yaxın münasibətiniz varsa, Wi-Fi şifrənizi bir-birinizlə bölüşə və evinizin hər yerində fasiləsiz və güclü internet əldə edə bilərsiniz.
shrn.