Instagramın izləyicilərini izləyə biləcəyi 4 yol
Instagram istifadəçilərinin yüz milyonları bu platformadan özlərinin ən xoş anlarını və videolarını bölüşmək üçün istifadə edirlər. Bəs Instagramın sizi hər zaman izləyə biləcəyini düşünmüşdünüz?
Instagram sizin fotoqrafiya bacarıqlarınızı, ziyarət etdiyiniz ölkələri və şəhərləri, dostlarınız ilə ən yaxşı anlarınızı paylaşmaq üçün böyük bir platformadır. Bununla birlikdə, bu platformanın da 'izlənmək' kimi pis cəhətləri var.
1- Zaman Təqibi
Instagram, yeni xüsusiyyət ilə Instagram istifadəçilərinin Instagram'da son dəfə ziyarət etdiyini və Instagram'da olub-olmadığını görmək üçün imkan verir. Bundan başqa, bu xüsusiyyətin bütün istifadəçilər üçün birbaşa mövcud olduğunu bilməyənlər daim izlənilə bilər.
Yaxşı xəbər odur ki, yalnız izlədiyiniz insanlar bunu görə bilər. İstəsəniz, İnstagram hesabınıza daxil olaraq Settingsdən Show Activity Status butonunu qeyri-aktiv edərək izləyicilərinizin instagramdan son istifadənizin görülməsinin qarşısını ala bilərsiniz. Lakin eyni zamanda siz də başqalarının ‘son görülmələrini’ görməyəcəksiniz.
2-Lokasyon Etiketləri
Instagram proqrama yüklənmiş məzmunun EXIF məlumatlarını silir. EXIF məlumatları, fotoşəkilin hansı cihazla, nə zaman və harada çəkildiyinə dair məlumatları özündə cəmləyir. Xoşbəxtlikdən bu məlumat silindikdən sonra bir daha geri gətirilə bilməz.
Ancaq bu vəziyyət də o demək deyil ki, Instagram sizin mövqeyinizi bilmir. Məzmununuza və ya hekayələrinizdə yerinizi bölüşməklə evinizdə olmadığınızı göstərərək evinizə girmək istəyənlərə yol vermiş olursunuz.
Bununla bərabər əgər İnstagramın mövqeyinizə(lokasyon) daxil olmasına icazə vermisinizə onda şirkət sizə ən uyğun reklamları göstərmək üçün daima lokasyonunuzu izləyir deməkdir.
Əgər bunu dəyişmək istəsəniz iOS cihazlarda Settings> Privacy> Location Services, Android cihazlarda isə Settings> Location Services bölməsinə daxil olaraq bunun qarşısını ala bilərsiniz.
3- Əlaqələrə giriş (Acces to contacts)
Məqalənin əvvəlində dediyimiz kimi, Instagram vizual məzmun platformasıdır. Belə bir sual yaranır ki, bəs niyə bu platforma kontakta daxil olmaq istəyir ? Instagramın, pis niyyəti olmasa da kontaktlarınıza daxil olmaq istəyir çünki, bu zaman daha şəxsi reklamlar verəcəkdir.
Bu cür reklamlar yaxşıdır. Adətən sizə lazım olan və ya cəlb edən reklam məzmununu görürsünüz. Amma bunun üçün şəxsi məlumatlarınızı bölüşməyə dəyərmi? İstəsəniz instagramın kontaktınıza daxil olmasının da qarşısını ala bilərsiniz.
4-Dinlənirik mi?
Sosial media proqramlarımızın bizi dinlədiyini söyləyən söz-söhbətlər davam edir. Ancaq buna dair indiyə qədər heç bir dəqiq bir sübut tapılmamışdır. Düzü, telefonumuz stolun üstündəykən belə bizi dinləməsi fikri çox ürpəticidir.
Əgər instagramın mikrofon vasitəsilə sizə qulaq asdığını düşünürsünüzsə o zaman, mikrofona daxil olmaq icazəsini qeyri-aktiv edərək problemi aradan qaldıra bilərsiniz.
Bununla yanaşı biz instagramın kamerasından əlavə hekayələrdən də istifadə edirik. Dolayısı ilə video paylaşmaq istədikdə mikrofonu aktiv etməyimiz lazım gələcək.
Bütün bunlar sizə çox şübhəci gələ bilər, lakin bu da bir reallıqdır.Sosial medya şirkətləri daha çox gəlir qazanmaq üçün sizə aid olan reklamlar təklif etmək istəyir və bunun üçün də şəxsi məlumatlarınıza ehtiyacı vardır. Əgər şəxsi məlumatlarınızı paylaşmaq istəmirsinizsə, verdiyiniz icazələrə daim nəzarət edin.