Huawei P20 dizaynı ortaya çıxdı

Huawei P20 dizaynı ortaya çıxdı

Huawei P20, Mate 10 ardıcıllığı ilə admiral gəmisi yarışında bir çox rəqibini geridə buraxan Huawei-nin olduqca həyəcan verici bir modeli halına gəlib. Çünki, təqdimat tarixini sizlər ilə paylaşdığımız cihaz arxa kamerası ilə hər kəsi təəccübləndirə bilər.

Teach.az xəbər verir ki, bu günə qədər bəzi qaynaqlar cihazın Huawei P11, bəzi qaynaqlar isə Huawei P20 olaraq adlandırılacağını iddia edib. Bu mövzu hələ də müzakirə edilərkən, qətilik qazanan nöqtə cihazın arxa hissəsində üç kameraya ev sahibliyi edəcəyi oldu.

Çünki, bu günə qədər sızdırılan görsəllərin az qala hamısında cihazın arxa hissəsində üç kamera iştirak edir. Bu gün bir aksesuar istehsalçısı vasitəsilə sızdırılan Huawei P20 örtük görsəlləri bunu bir dəfə daha sübut edib.

Huawei-nin üç kamera ilə istifadəçilərə nə cür üstünlüklər təqdim etməyi planladığı bu anda bilinmir. Ancaq, şaquli bir şəkildə yerləşdirilən kameraların alt qisimində cüt LED flaş və ehtimalla lazer otofokus iştirak edir. Ayrıca, cihazda 3.5 mm qulaqlıq girişinin olmayacağı düşünülür. Ortaya çıxan vizuallar üst qisimdə bir açıqlıq görülərkən, bunun 3.5 mm qulaqlıq girişinin əksinə səs-küy maneə törətmə üçün istifadə edilən ikinci mikrofon olduğu iddia edilir.

Fira