İlk dəfə bir sərnişin təyyarəsi xardal toxumundan hazırlanan yanacaq ilə uçdu

İlk dəfə bir sərnişin təyyarəsi xardal toxumundan hazırlanan yanacaq ilə uçdu

Avstraliyanın Qantas Hava yollarına aid bir sərnişin təyyarəsi xardal toxumlarından əldə edilən bio yanacaqla ilk beynəlxalq uçuşunu reallaşdırdı.

Boeing Dreamliner 787-9 model sərnişin təyyarəsi bu gün Los Angeles ilə Melburn arasındakı 15 saatlıq uçuşu tamamladı. Təyyarənin istifadə etdiyi bioyanacaq sayəsində kömür emissiyaları, digərinə nisbətdə sözü gedən səfərdə yüzdə 7 azaldı.
Guardian qəzetinin xəbərinə görə, təyyarədə istifadə edilən qarışıq yanacağın yüzdə 10-nu xardal toxumunun sənaye tipi olan brassica carinata idi.
Sidney Universitetinin kənd təsərrüfatı mütəxəssisi Daniel Tan, xardal toxumunun fermerlər üçün davamlı bir yanacaq ola biləcəyini söyləyib.
Tan "Məhsulu aldıqdan bir gün sonra onlar öz anbarlarında yağını çıxardıb traktorlarında istifadə edə bilərlər. Bu həm yetişdirmək, həm də fermerlərin istifadəsi üçün uyğundur. Əgər hər il buğda yetişdirərlərsə bu torpaq üçün yaxşı olmaz. Buğda məhsulları arasında hər iki ya da üç ildə bir xardal yetişdirib və yağını çıxardaraq onu təyyarə yanacağı kimi sata bilərlər" deyə bildirib.



Yemək yağı da daha əvvəl yanacaq kimi istifadə edilib!
Bir hektar xardal məhsulu 400 litr təyyarə yanacağı və ya 1400 litr yenilənə bilən dizel istehsal edə bilər.
2012-ci ildə Qantas və Jetstar təyyarə firmaları yüzdə 50 yemək yağının qarışdırıldığı yanacaqla Avstraliya içində ilk uçuşlarını reallaşdırmışdı.

Digər havayolları da kommersiya uçuşlarında biyoyanacaqlardan istifadə etmişdi. 2011-ci ildə Alyaska Havayolları yemək yağı ilə qarışdırılmış yanacaq istifadə edirdi, həmçinin Hollandiyanın KLM şirkəti də 2013-cü ildə altı ay Nyu-York və Amsterdam arasında bioyanacaqla uçuşlar həyata keçirmişdi.
Qantas Aviaşirkətləri Kanadalı Agrisoma Biosciences şirkəti ilə bio-emalı zavodunun qurulması planlarını açıqlayıb.
Hal-hazırda təyyarə yanacağında bioyanacağın faizi yüzdə 50-ni keçmir, lakin gələcəkdə bütün təyyarənin yanacağının bitki mənşəli olacağı gözlənilir.
2017-ci ildə aparılan araşdırmalara görə, hava nəqliyyatı karbon dioksid emissiyalarının 2,5 faizini təşkil edir.