İnstagram istifadəçilərini sevindirəcək yenilik gəldi

İnstagram istifadəçilərini sevindirəcək yenilik gəldi

Instagram yalnız yazı istifadə etdiyiniz hekayələr paylaşmanıza icazə verən yeni xüsusiyyətini təqdim edib. Instagram-a bir müddətdir gəlməsi gözlənilən hekayə mətn paylaşma xüsusiyyəti sonunda gəldi.

Teach.az xəbər verir ki, bir müddətdir test mərhələsində olan "mətn rejimi", bundan sonra istəyən hər kəs tərəfindən istifadə edilə biləcək. Normalda Instagram-ın hekayə rejimində bir yazı paylaşmaq istədiyimizdə arxa plana bir fotoşəkil qoymaq lazım idi. Bu yeni modla birlikdə arxaya fotoşəkil və ya video əlavə etmədən yaradıcı mətn stillərini istifadə edərək yazılar paylaşa biləcəksiniz.



Normal bir hekayə paylaşmaq istədiyinizdə toxunduğunuz "yeni" düyməsi üzərinə toxunub alt qisimdə iştirak edən variantlardan "yazı" variantına çataraq siz də Instagram-da şəkilsiz yazılar paylaşa bilərsiniz.

Yazınızın arxasında Instagram-ın müxtəlif arxa planlarından birini əlavə edə, söz və ya cümlələri vurğulayaraq, içinizdən keçən bir mətni paylaşa bilərsiniz.

Yenilənmə ilə birlikdə mətn qismi yenidən təşkil edildi. Bundan sonra fotoşəkil və video qisimində da yazıya daha çox müdaxilə edə biləcək və istədiyiniz kimi ayarlar verə biləcəksiniz.



Normal hekayələrdə olduğu kimi, yalnız yazının olduğu hekayələr də 24 saat sonra itir. Yeni yeniləmə Android və iOS istifadəçiləri üçün təqdim olunub.

Fira