Telegram App Store-dan qaldırıldı

Telegram App Store-dan qaldırıldı

Məşhur mesajlaşma proqramı Telegram və daha inkişaf etmiş beta versiyası olan Telegram X artıq iOS proqram mağazası - App Store-da yoxdu.

Teach.az xəbər verir ki, Yanvar ayının tam da son günündə Apple, məşhur proqramlardan birini mağazasından silərək istifadəçiləri təəccübləndirib. Mövzuyla əlaqədar bir açıqlama edilməzkən, təxminlər tətbiq inkişaf etdiricinin App Store-un siyasətlərini pozduğu ya da şirkətin tətbiqi öz-özünə mağazadan çəkdiyi istiqamətindədir.



Hələlik əhəmiyyətli bir ipucu olaraq, şirkətin Android üçün inkişaf etmiş yeni versiyanın çıxışını eşitdirməsi qəbul edilir. Tətbiqin yeni kod bazası ilə tamamilə təkrar inşa edilmiş versiyası, əldən keçirilmiş interfeys komponentləri və artırılmış performans ilə önə çıxır. Bu da şirkətin bəlkə də iPhone versiyalarında da əhəmiyyətli dəyişikliklər planladığını düşündürür.

Tətbiqin dəstək qrupu bunun qəsdən edilmədiyini ifadə edərkən, Apple ilə problemin həll edilməsi üçün çalışıldığı da ağıllara gəlir.

Yenilik
Telegram qurucusu Pavel Durov, Twitter hesabı üzərindən Apple-ın özlərini əlverişsiz içəriklər mövzusunda xəbərdar etdiyini və lazımlı qorumaların təmin edilməsi ilə əlaqədar tətbiqin təkrar App Store-dakı yerini alacağını açıqlayıb.

Fira