iOS üçün OneDrive ən böyük yeniləməsini yaydı

iOS üçün OneDrive ən böyük yeniləməsini yaydı

Microsoft iOS üçün OneDrive tətbiqinə bu günə qədərki ən böyük yeniləməni edib. OneDrive tətbiqinə gələn yeniliklər nələrdir?

Teach.az xəbər verir ki, Microsoft, istifadəçilərdən gələn geri bildirişləri nəzərə alaraq proqramdakı müxtəlif səhvləri aradan qaldırıb. Ən əhəmiyyətli yenilik isə tətbiqin istifadəçi interfeysinin yenilənmiş olmasıdır. Bu interfeys sayəsində fayllara və qovluqlara artıq çox daha asan göz atmaq mümkündür.

Əlavə olaraq, müəyyən fayllar üçün hərəkət almaq da yeni menyu ilə çox daha asan hala gətirilib. Toxunub basılı tutmaq yerinə artıq "-" şəklindəki yeni düyməyə basaraq ən tez-tez istifadə aksiyonlarını əldə edə bilirsiniz. Paylaşılan faylların çox daha asan fərq edilməsi də olduqca funksional olub.

Səyahət əsnasında da fayllara giriş üçün tətbiqi istifadə edənlərə asanlıq təmin edilir. RAW, iWork faylları və 3D ölçülü obyektlər daxil 130 fayl növü üçün ön izləmə dəstəyinin təqdim edilməsi də əhəmiyyətli bir müsbətdir. Yeniləməni App Store üzərindən dərhal reallaşdıra bilərsiniz.

Fira