WhatsApp maraqla gözlənilən yeni funksiyanı təqdim etdi

WhatsApp maraqla gözlənilən yeni funksiyanı təqdim etdi

Məşhur mesajlaşma şəbəkəsi olan WhatsApp, tətbiqin iOS versiyası üçün yeni bir yeniləmə təqdim edib.

Teach.az xəbər verir ki, yeni versiya ilə birlikdə iOS istifadəçiləri nə qədər oxunmamış mesaj yığılırsa yığılsın, qrup söhbətlərində etiketləndikləri mesajları asanlıqla tapa biləcəklər.

Dünyanın ən çox istifadə edilən anlıq mesajlaşma tətbiqi WhatsApp, iOS istifadəçiləri üçün yeni bir yeniləmə təqdim edərək WhatsApp 2.18.20 versiyasını istifadəyə verib. Applenin təqdim etdiyi rəsmi qeydlərə görə yeniləmə bəzi yaxşılaşdırma və səhv düzəltmələrini ehtiva edir olsa da yeniləmə ilə birlikdə bəzi kiçik dəyişikliklər və yeni xüsusiyyətlər də gəlmiş oldu.

Əvvəlcə WhatsApp spam mesajlarını maneə törətməyi məqsəd qoyan üsullarını ehtiva edən kodları yeniləmə ilə təmizləmiş vəziyyətdədir. Bununla birlikdə bir müddətdir test edilən 'bəhs edənlər' xüsusiyyəti yeniləmə ilə birlikdə istifadəçilərə təqdim edildi. Artıq qrupda nə qədər çox oxunmamış mesaj yığılsa da ekranın sağında duran bəhs edənlər düyməsi ilə etiketləndiyiniz bütün ismarıcları asanlıqla görüntüləyə bilərsiniz.

WhatsApp 2.18.20 versiyası ilə birlikdə reallaşan bütün dəyişikliklərə və yeni xüsusiyyətlərə aşağıdakı siyahıdan nəzarət edə bilərsiniz:

WhatsApp bir müddətdir spam mesajları qarşısını almaq üçün bəzi üsullar üzərində çalışırdı. Lakin bu yeniləmə ilə üzərində çalışdığı bütün üsulların kodları silinmiş kimi görünür.

İstifadəçilər, bağlanmış ya da artıq iştirakçı olmayan bir qrup söhbətinə daxil olduqda WhatsApp istifadəçilərə mesajları xüsusi olaraq cavab variantı təklif edir. Beləcə qrupda iştirakçı olmasa belə atılmış bir mesaj üzərindən söhbət edilə bilər.

Fira