5 Kameralı Nokia 10 necə olacaq? - FOTO

5 Kameralı Nokia 10 necə olacaq? - FOTO

HMD Global bir dövrün əfsanəsi Nokianı yenidən canlandırmaq üçün əlindən gələnin ən yaxşısını etməyə çalışır. Zeiss dəstəyini də arxasına alan HMD Global 5 kameralı Nokia 10 üzərində çalışır. Keçdiyimiz günlərdə gündəmə gələn 5 kameralı Nokia 10 bütün gözləri üzərinə toplamışdı. Bu gün isə Nokia 10 modelinə aid qaralama bir şəkil ortaya çıxarılıb.

Teach.az xəbər verir ki, etibarlı bir qaynaq tərəfindən sızdırılan məlumata görə Nokia 10, Nokia 9 ilə olduqca oxşar bir dizayna sahibdir. İlk baxışda Nokia 10 görməyə alışdığımız cüt kamera sisteminə sahib kimi görünsə də işin gerçəyi elə deyil.

Kamera mövzusunda hər zaman çox iddialı işlər çıxaran Nokia, ilk olaraq Pureview 808 ilə 41 megapiksellik bir telefon ortaya çıxartmış sonra bunu Lumia 1020 olaraq yeniləmişdi. Nokia 10 modelində istifadə edilən kamera dizaynı ağıllara bu modeli gətirdi.

İşin detalına baxdığımızda yeni modelində əslində cüt kameralı bir sistemə sahib olduğunu görürük. Günümüzdəki modellərdən fərqliliyi ikinci kamerasının dəyişə bilir olmasıdır. Beləcə sabit bir ana kameraya əlavə olaraq dəyişə bilən linzalara sahib ikinci kamerayla diqqət uzaqlığını dəyişdirə və optik zoom edə biləcəksiniz.

Əlbəttə sistemin hələ detalları ortaya çıxmadığı üçün bu iş prinsipi təxminlər üzərinə qurulub. Ancaq qəti olan bir şey var ki, bu sistem ilə çox daha professional fotoşəkillər çəkmək mümkün olacaq. 18: 9 ekran nisbətiylə gəlməsi gözlənilən yeni modelin MWC 2018 çərçivəsində rəsmiyyət qazanması gözlənilir.

Fira