Dünyanın ən populyar saytlarının siyahısı açıqlandı
“Similar Web” analitik şirkəti dünyanın ən populyar saytlarının siyahısını açıqlayıb.
Qiymətləndirmə əsasən son bir il ildə unikal ziyarətçilərin sayına əsasən edilib. Reytinqə üç Rusiya saytı da daxil edilib.
Bütün dünyada populyarlığına görə birinci yeri “Google” tutub. 2017-ci ildə bu sayta 26 milyard unikal ziyarətçi daxil olub.
İkinci yerdə 22 milyarddan çox unikal ziyarətçi ilə “YouTube” qərarlaşıb. Liderlərin üçlüyünü təxminən 22 milyard ziyarətçi sayı ilə “Facebook” qapayır.
TOP-20-yə həmçinin sosial şəbəkələr, onlayn ensiklopediyalar, satış portalları, bir neçə Çin saytı və böyüklər üçün nəzərdə tutulmuş üç sayt daxil edilib. İlk yüzlükdə isə Rusiya saytları da var. Belə ki, “VKontakte” sosial şəbəkəsi 63-cü yeri, “Mail.Ru” 68-ci yeri, “Yandex.ru” saytı isə 82-ci yeri tutub. TOP-500-ə də daha bir neçə Rusiya saytı daxil olub.
Qeyd etmək lazımdır ki, unikal ziyarətçilərin sayı aylıq hesablanır və üst-üstə gəlinərək illik göstərici əldə edilir.